BolgeXeber.Com » Sosial » Bakı bulvarında 1 çaydan çay neçəyədir?

Bakı bulvarında 1 çaydan çay neçəyədir?

1-06-2011, 13:20
Oxunub: 5 676 Bakı bulvarında bəzi çayxanalarda 1 çaydan çaya görə 15-20 manat pul tələb olunur.

Bolgexeber.com məlumatına görə, belə şikayət Day.Az saytına oxuculardan daxil olub. Oxucular onu da deyir ki, bəzi çayxanalarda sadəcə limon və qəndlə çay sifariş etmək olmur. Süfrəyə mütləq mürəbbə, şokolad və sair düzülür və sonda 1 çaydan çay «qızıl qiymətinə» başa gəlir.

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov1 çaydan çaya görə 15 manat tələb edən kafelərin cəzalandırılmalı olduğunu söyləyib. O, belə halla üzləşən sakinləri 055 282 70 00 nömrəli «qaynar xətt»ə müraciət etməyə çağırıb.

Milli Dənizkənarı Parkın direktoru Mənsur Həsənzadə isə bildirib ki, bulvardakı kafelərdə limon və qəndlə 1 çaydan çay 2 manat, mürəbbə ilə birlikdə isə 5 manatdır.