BolgeXeber.Com » Media » İctimai Birliklər və baş redaktorlar jurnalist Vasif Turanın Lənkəranın icra başçısı tərəfindən təhdid olunmasını pislədilər

İctimai Birliklər və baş redaktorlar jurnalist Vasif Turanın Lənkəranın icra başçısı tərəfindən təhdid olunmasını pislədilər

6-09-2013, 10:50
Oxunub: 4 148 “Bu çox açınacaqlı haldır ki, adi obyektiv yazıya görə tanınmış sayt rəhbərinə kimlərsə tərəfindən təyziq edilir”

Xatırladaq ki, bir müddət əvvəl Bolgexeber.com saytında başqa mətbu orqana istinadən “Lənkəranda camaata ölü heyvan əti yedizdirilir?” adlı məqalə dərc olunmuşdur və özünü Hacı Valeh kimi təqdim edən şəxs 070 200 73 77 mobil nömrəsindən baş redaktora zəng edərək həmin məqaləyə kəskin reaksiya vermişdir. Belə ki, o Lənkəranın icra hakimiyyətinin gördüyü müsbət işlərdən danışmış və belə yazıların icra başçısının imicinə kölgə salmasını bildirmişdir. Sonda özünü Kürdəmir sakini kimi qələmə verən Hacı Valeh “sabahları övladınız maşının altında qalanda deməyin ki, günahkar bizik” deyə bildirib.

Təhdidlə bağlı Bolgexeber.com araşdırma aparılacağını , lazım olarsa bu ciddi hədə-qorxu ilə müvafiq orqanlara xəbər verəcəyini qeyd etmişdir və aldığımız məlumat görə Lənkəranın icra başçısından və onun adamlarının özbaşnalığından ölkə başçısına,müvafiq dövlət qurumlarına və Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edib.

Araşdırma nəticəsində məlum olmuşdur ki, baş redaktora zəng edib onu təhdid edən şəxs Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşıdır. Bolgexeber.com Kürdəmir rayon icra hakimiyyəti ilə əlaqə saxladıqda müəyyən olunub ki,bu şəxs Kürdəmir rayonunun Suvarma İdarəsinin rəis vəzifəsində işləyir.

Məsələyə münasibət bildirən Qafqaz Xəbər Agentliyinin rəhbəri , Qafqaznews.az xəbər portalının , “Qafqaz Region News” qəzetinin baş redaktoru ,“Qafqaz Region” İctimai Birliyinin sədri Mahmud Tağıyev Bolgexeber.com-a açıqlamasında bunları bildirdi:
“Bu çox açınacaqlı haldır ki, adi obyektiv yazıya görə tanınmış sayt rəhbərinə kimlərsə tərəfindən təyziq edilir.Tənqidə qarşı belə dözümsüzlük nümayiş etdirmək məmurlara hec də başucalığı gətirmir. Bu hədə-qorxunu azad mətbuata qarşı atılan təyziq metodu kimi qiymətləndirirəm və bunu yolverilməz hesab edirəm. Mən baş vermiş bu hadisəni pisləyir və azad mətbuatın bütün jurnalistlərini bu kimi əməllərə qarşı çıxaraq baş redaktorun müdafiəsinə qalxmağa çağırıram.

Çünki bu gün ona edilən hədə-qorxu sabah digərimizə qarşı da yönələ bilər. Bəzi məmurlar unudurlar ki,mətbuat dördüncü hakimiyyət sayılır və jurnalistlərin hüquqları dövlət tərəfindən həm də xüsusi olaraq qorunur, dövlətçiliyin qorunmasında,cəmiyyətin inkişafında jurnalistlərin böyük rolu danılmazdır.

Bir həmkar kimi mən Vasif Turanı çox gözəl başa düşürəm.Çünki mətbuatda çıxan tənqidi yazılarıma görə özüm də dəfələrlə təyziqlərə məruz qalmışam,təhdidlərlə üzləşmişəm,məhkəməyə verilmişəm. Ancaq bununla belə heç zaman geri çəkilməmişəm və haqlı olduğuma görə həmişə sonda qalib gəlmişəm”

Legion.az saytının baş redaktoru ,“Peşəkar Hüquqşünaslar” İctimai Birliyinin sədri tanınmış hüquqşünas Tağı Hüseynov da məmurun qardaşının tənqidi yazıya görə təhdid edilməsinə təəsüf etdiyini bildirdi. Hüquq müdafiəçisi Tağı Hüseynov həmçinin lazım gələrsə baş redaktorun hüquqlarını müdafiə etməyə hazır olduğunu bildirdi.