BolgeXeber.Com » Siyasət » Rüstəm İbrahimbəyov BMT-yə şikayət edə bilər

Rüstəm İbrahimbəyov BMT-yə şikayət edə bilər

6-09-2013, 14:55
Oxunub: 6 137 Ali Məhkəmə Rüstəm İbrahimbəyovun şikayətinə baxacaq. Cümə günü saat 15.00-da Azərbaycan Ali Məhkəməsində MSK-nın Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) rəhbəri Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini təsdiqləməkdən imtina etməsindən kassasiya şikayəti verilib.

Bu barədə "Turan"a R.İbrahimbəyovun vəkili Fuad Ağayev bildirib. Onun sözlərinə görə, R.İbrahimbəyovun şikayəti təmin olunmasa, BMT İnsan Hüquqları Komitəsinə şikayət göndəriləcək.