loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Neftçala rayon polis şöbəsindən şikayət var

Qədim bir el deyimi var: “O yerdə ki, insanların hüquqları pozulur, orada ədalətdən danışmağa dəyməz”.

Məlum olduğu kimi ölkəmiz Prezident seçkilərinə hazırlaşır. Hər bir namizəd özünün seçki platformasında göstərir ki, vətəndaşlarımızın hüquqularının müdafiə olunmasında böyük səy göstərəcəklər, insanların kostitutsiya hüquqlarını qoruyacaqlar. Azərbaycan Respublikasının hər bir vətəndaşının hüququnun qorunmasının qarantı Azərbaycan Respublikasının Prezidentidir. Buna bizim qəti şübhəmiz yoxdur. Ancaq nə etmək olar ki, ölkənin bütün regionlarından redaksiyamıza müxtəlif səpkidə şikayət ərizələri daxil olmaqda davam edir. Ərizələrin məzmunu müxtəlif olsa da qayəsi eynidir, insan hüquqlarının pozulması. Neftçala rayonunun 1-ci Mayak qəsəbəsindən Mehdiyeva Laləzər Sabir qızının redaksiyamıza ünvanladığı şikayət ərizəsi dediklərimizə əyani sübutdur. Mehdiyeva Laləzər ərizəsində göstərir:

“Hörmətli redaksiya mənim oğlum Barat Mehdi oğlu subay olduğu üçün hər bir gənc kimi özünə ailə qurmaq istəyirdi. Kəndimizdə yaşayan Sadıqova Fatimə Vüqar qızını sevirdi. Ancaq qız azyaşlı olduğu üçün bir ana kimi mən buna etiraz edim, oğlum da mənimlə razılaşdı və qızın 18 yaşının tamam olmasını gözlədik. Ancaq atalar demişkən “Sən saydığını say, gör fələk nə sayır”.

Sən demə oğlumun sevdiyi qız Neftçala rayonunun Bankə qəsəbəsində bir oğlanla gizli ünsiyyət saxlayırmış. Bankə qəsəbəsində yaşayan Məmmədov Hüseyn Əliş oğlu Sadıqova Fatiməni qarşılıqlı razılıq əsasında qaçırmışdır. Mənə məlum olmayan səbəbdən bu gənclər üçün toy edilməmişdir. Ancaq mənim qonşularımın və polisin də dəqiq məlumatına görə Sadıqova Fatimə Məmmədov Hüseynin evində 3 ay yaşamışdır. Nədənsə sonradan bu gənclər yola getməmiş sonradan ayrılmışlar. Buna görə Sadıqova Fatimənin valideyinləri həm qızı qaçıran oğlandan, həm də mənim oğlumdan Nefçala rayon polis şöbəsinə şikayət etmişdir. Buna görə də Neftçala RPŞ-də mənim oğluma və Hüseynə qarşı cinayət işi qaldırılmışdır. Bu işi polis şöbəsinin müstəntiqi Məlahət adlı polis, sonradan isə müstəntiq Sadiq Abbasov aparmışdır və hal hazırda da iş Sadiq Abbasovun nəzarətindədir. Nəzərinizə çatdırıram ki, azyaşlı qızı qaçıran Hüseyn Məmmədovun ailəsi və yaxın qohumları yüksək maddi imkanlara malikdirlər, mən isə bu imkanlardan məhrumam. Həyat yoldaşım vəfat etdiyi üçün başsız qalmışam. Məhz qarşı tərəfin imkanları yüksək olduğu üçün, onların cinayətkar oğulu Hüseyn Məmmədov həbs olunmaqdansa mənim yetim oğlum sadəcə qızı sevdiyinə görə müstəntiq Sadiq Abbasov həbs qəti imkan tədbiri seçmişdir. Hal hazırda oğlum günahsız olduğu halda 1 saylı istintaq təcridxanasındadır. Sizdən xahiş edirəm ki, həqiqətən üzə çıxarılmasında bizə köməklik edəsiniz”

Sözsüz ki, bizdə öz növbəmizdə şikayət ərizəsinin araşdırımlasını aparacağıq. Qarşı tərəfi dinləməyə hazırıq. Ümumulikdə ardıcıl olaraq apardığımız araşdırmalar barəsində oxucularımıza məlumat verəcəyik.

Bölmə: Bölgə | 06 sentyabr 2013 17:05 | Baxış sayı: 4354





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: