loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Fövqəlnazirin yeznəsi nəqliyyat nazirini bezdirib

Nəqliyyat naziri Ziya Məmmədovla fövqəladə hallar naziri Kəmaləddin Heydərovla münasibətlər kəskinləşib.
Məlumata görə, Ziya Məmmədov Kəmaləddin Heydərovun yeznəsi Eynur Məmmədovu işdən çıxara bilmir. Nəqliyyat Müfəttişliyinin Ekspedisiya Şöbəsinin rəhbəri olan Eynur Məmmədov Ziya Məmmədovun qurumda olan kadrlarına qarşı açıq şəkildə saymamazlıq nümayiş etdirir.
O, konkret olaraq Ziya Məmmədovun qardaşı oğlu, Nəqliyyat Müffətişliyinin rəis müavini Rövşən Məmmədovu tabeliyində olan əməkaşların qarşısında təhqir edib. Bundan başqa müfəttişliyin rəhbəri Çingiz Baxşiyevlə kollegiya iclasında mübahisə edib. Səbəb isə Eynur Məmmədovun ekspedisiya şöbəsində yığılan “haqq”ı heç kimlə paylaşmaq istəməməsidir. Məlumata görə, Eynur Məmmədov artıq iki ildir ki, heç kimə “haqq” vermir. Çingiz Baxşiyev və Rövşən Məmmədov bir neçə dəfə Kəmaləddin Heydərovun yeznəsinin “gəlir”lərinə şərik çıxmağa cəhd etsə də, hər dəfə məyus olublar. Bununla bağlı Ziya Məmmədova şikayət edilib, lakin heç bir xeyri olmayıb. Nazir Kəmaləddin Heydərovla qarşı-qarşıya gəlməkdən ehtiyat edib. Bildirilir ki, Eynur Məmmədov işə Kəmaləddin Heydərovun atası Fəttah Heydərovun xahişi ilə götürülüb. Ziya Məmmədov Eynur Məmmədovun şıltaqlıqlarına səbr etsə də, son bir ayda onun hərəkətləri naziri bərk əsəbləşdirib. Ziya Məmmədov Fəttah Heydərova zəng edərək, Eynur Məmmədovdan şikayət edib və ona sonuncu dəfə şans verdiyini bildirib. Fəttah Heydərov kürəkənin əməllərindən xəbərdar edilsə də, Eynur Mənmədov bir addım da olsun geri çəkilməyib və bildiyini müfəttişlikdə etməkdə davam edir. Eynur Məmmədovun işdən çıxarılıb-çıxarılmayacağı yaxın günlərdə məlum olacaq.

Bölmə: Analitika | 07 sentyabr 2013 11:55 | Baxış sayı: 11536





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: