BolgeXeber.Com » Dünya » Bəşər Əsəd vəzifədən getməyə razılaşdı

Bəşər Əsəd vəzifədən getməyə razılaşdı

7-09-2013, 12:45
Oxunub: 3 928 Bəşər Əsəd tutduğu vəzifədən getməyə razılaşıb. Bu barədə İraqın baş naziri Nuri əl-Malikiyə yaxın olan iraqlı məmur Livanda çıxan «əl-Müstaqbal» qəzetinə bildirib.

ans press-in «mignews»-a istinadən verdiyi məlumata görə, Suriyadakı hakim rejimin rəhbəri Bəşər Əsəd öz şərtləri daxilində tutduğu vəzifədən getməyə razı olduğunu bildirib. Əsədin şərtinə əsasən, beynəlxalq hüququn cəzalarından sığortalanmaq üçün seçkilər indi keçirilməlidir.

Bununla belə ABŞ təmsilçisi Əsədlə görüşməkdən imtina edib.