BolgeXeber.Com » Siyasət » Zakir Quliyevdən dövlətçiliyə hörmətsizlik

Zakir Quliyevdən dövlətçiliyə hörmətsizlik

7-09-2013, 13:20
Oxunub: 7 464 Prezidentliyə namizədin qanunsuz təbliğata start verdi

Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədliyə namizəd Rauf Quliyevin namizədliyin ləğv edə bilər. 30 avqustda namizədliyi təsdiq edilərək, imza vərəqələri təqdim oluan Rauf Zakir oğlu Əliyev qanunsuz seçki təbliğatına başlayıb. Facebook Sosial Şəbəkəsində öz adına yaradılmış qrupda plakatları paylaşılan namizədin öz tərcümeyi-halını səhv yazması necə namizəd olmasından xəbər verir.

Tərcümeyi halı olduğu kimi təqdim edirik:

Rauf Zakir oğlu Quliyev

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) 30.08.2013 -cü ildə keçirilən iclasında öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Rauf Zakir oğlu Quliyevin prezidentliyə namizədliyi təsdiq edilib.
Qeyd edək ki , Rauf Zakir oğlu Quliyev 04.07.1972 -ci il tarixində Füzuli rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1979-89 -cu il tarixində Füzuli rayon Musiqi Təmayüllü orta internat məktəbini bitirmiş. Azərbaycan İnşaat Mühəndisləri Universitetində Sənaye və Mülki tikinti fakultəsində ali təhsil almışdır. 2-ci təhsil olaraq Azərbaycan Aqrar Universitetinin iqtisadiyyat fakültəsinibitirmişdir. Əmək fəaliyyətinə Füzuli rayonlar arasi təmir-tikinti idarəsində 2-ci dərəcəli fəhlə kimi başlamış, sonradan inşaat ustası, iş icraçısı, baş mühəndis işlərində çalışmışdır. Dövlət sektorunda Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müxtəlif rayon şöbələrində sahə mühasibi, nəzarətçi muhasib vəzifələrində çalışmışdır. Sonradan Ekologiya ve Təbii sərvətlər Nazirliyinin Geologiya idarəsində Baş muhasib olaraq çalışmış. Bir çox yerli və xarici şirkətlərdə maliyyə şöbəsinin müdiri, müdir muavini, sonradan şirkət direktoru olaraq çalışmış. Hal-hazırda ‘’AZERFINANCEGROUP MMC’’ -nin təsiscisidir. Ailəlidir 3 övladı var.

Yaxın gunlərdə Rauf Zakir oğlu Quliyevin platformasını sizlərə təqdim edəcəyik.