loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Şabranin icra başçısını rayonun problemləri maraqlandırmır

Şabranda icra hakimiyyəti limanlılara uşaqlarının təhsil almasını da çox görür
Qazı olmayan ,camaatı az qala ibtidai icma quruluşu şəraitində yaşayan,“ən mənzərəli” yeri 3 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsi olan, evlərin tavanı, ayaqloluların, çəpərləriqamışdan olan,yay-qış gecələr çaqqallar ulaşan Şabran rayonunun Liman kəndinin problemləri bitib-tükənmək bilmir.Şabran rayonunun Liman kəndi rayon mərkəzindən 10 km aralı yerləşən ,25 evdən və əhalisi 60 -70 nəfərdən ibarət olan,adamda sivilizasiyadan uzaq olan yer təəsüratı oyadan bir məkandır. Uşaq bağçası, yolu, heç bir yaşıllığı, şəraiti olmayan kəndin camaatının yeganə qazanc yeri maldarlıq və əkinçilikdir.

Qeyd edək ki,kənddə həyat yox dərəcəsindədir. Açığı televiziya kanallarımızda regionlarda inkişaf haqda göstərilənlərin reallıqla uyğun gəlməməsinin bariz nümunəsi olan Liman kəndinin özü balaca olsa da problemləri böyükdür. Kənddə minimum yaşayış üçün heç bir infrastruktur olmasa da camaat burada qalıb birtəhər yaşamağa çalışır. Rayon rəhbərliyi Limada heç bir abadlıq iş görmür.Sanki burada insanların yaşaması yerli məmurların tamam yadından çıxıb. Lakin sosial problemlər məngənəsində sıxılan kasıb,binəva limanlıların dərdi bununla bitmir. Mövcud problemlər bir yana qalsın,keçən ildən onların problemlərinin üstünə bir dərd də əlavə olunub.

Belə ki, Liman kəndinin sakinləri tərəfindən redaksiyamıza daxil olan şikayət məktubunda bu dəfə kənddə məktəbin olmamasından şikayətlənirlər. Limanda mövcud olan, məktəbdən daha çox mal tövləsini xatırladan yeganə məktəb binası (əgər belə demək mümkünsə) keçən ilin oktyabr ayından bağlanıb.Buna səbəb onun ibtidai məktəb olması, bu səbəbdən orada 1-4-cü siniflərin oxuması nəzərdə tutulduğundan 2-3 nəfər aşağı sinif şagirdinə görə yerli təhsil şöbəsi tərəfindən məktəbin fəaliyyət göstərməsinin mənasız olmasını hesab etməsi olub.Buna görə də məktəb bağlanıb. Məktəb bağlandığından orada həm müəllimə, həm də direktor qismində işləyən xanımdan ibarət məktəbin yeganə işçisi də çıxıb gedib.Bu səbəbdən keçən il olduğu kimi bu ilki dərs ilində də limanlıılar 1-11-sinifdə oxuyan uşaqlarını oxutdura bilməyəcəklər.

Bolgexeber.com bildirir ki, Liman sakini Seyidbabayev Bayramın bildirdiyinə görə limanlıların, uşaqlarını rayon mərkəzinə məktəbə göndərməyə maddi imkanları çatmır.Belə ki, taksi hər şagirdi rayona aparıb gətirməyə görə günə 10 manat istəyir ki, bu da az qala Bakıya gedib gəlməkdən baha başa gəlir.Rayona işləyən yeganə avtobus ilə məktəbə getmək dərs qrafikinə görə limanlılara sərf etmir.Çünki Çölquşçu bələdiyyəsinin tabeliyində olan Liman kəndindən marşrut 2 dəfə keçir.Avtobus səhər saat 08:00-da (elə bilməyin belə dəqiq,09:00-da da gələ bilər)kəndə gəlib çatır,təxminən saat 11-də gedib mərkəzə çıxır. Bir də avtobus Limana 3-də gəlib çatır.

Bundan başqa marşrut gələn, belə demək mümkünsə şərti olaraq dayanacaq sayılan yerə də çatmaq üçün yarım saatacan piyada getmək lazımdır. Limanda yaşayan ailələrin demək olar ki, hamısı kasıb olduğundan onların şəxsi maşınları yoxdur ki, uşaqlarını hə gün məktəbə aparsınlar.Bu səbəbdən limanlı valideyinlərin yalnız bir neçəsi uşaqlarını borc hesabına məktəbə göndərə bilir.Xatırladaq ki, hal-hazırda Limanda 15-20 nəfər məktəbə gedəsi uşaq var ki, onların bir hissəsi aşağı sinifdə, digərləri isə artıq yuxarı siniflərdə oxumalıdır. Bir qrup rayon sakini övladlarının oxumaq problemini çözmək üçün avqustun 2-də Şabran rayon təhsil şöbəsində də olublar və onlara bir nəqliyyat vasitəsinin ayrılmasını xahiş ediblər.

Ancaq Şabran Təhsil Şöbəsinn mavini problemi həll etmək əvəzinə onları başından edərək, onları “qırmaq” üçün sakinlərə məsləhət verib ki, avtobus ilə bağlı İcra Hakimiyyətinə müraciət etsinlər.İcra Hakimi Novruz Novruzov da təhsil şöbəsindən geri qalmayaraq öz növbəsində sakinlərin nümayəndəsinə deyib ki, bu mənlik deyil və məsləhət görüb ki, sakinlər Təhsil Nazirliyinə müraciət etsinlər. Əgər nazirlikdən büdcə ayrılsa o da,İcra Hakimiyyətinin hesabına avtobus təşkil edəcək.Bir sözlə hər iki qurum qayğı bir yana qalsın, vətəndaşların probleminə,ölkənin gələcəyi olan uşaqların oxumaq məsələsinə laqeyd yanaşaraq sakinləri mədəni surətdə “yola veriblər”.

Sual olunur,hər il, həm yerli Təhsil Şöbəsinə,həm də İcra Hakimiyyətinə rəsmən dövlət tərəfindən milyonlarla pul ayrılır, bəs bu pullar 1-2 mərkəzi küçənin, görünən yerlərin abadlaşmasından başqa hara gedir?! Necə ola bilir ki, bu vəsaitdən 15-20 uşağı məktəbə aparmaq üçün cüzü vəsait ayırmaq belə problemə çevrilir?! Görünür nə Şabran İcra Hakimiyyəti, nə də Təhsil Şöbəsi problemi həll etmək həvəsində deyil. Əgər istək olsaydı bu problem tez bir zamanda həll olunardı.Məgər bu limanlıların günahıdır ki,onlar açınacaqlı şəraiti olan bir kənddə yaşayırlar?!

Bolgexeber.com bildirir ki,21-ci əsrdə Azərbaycan kəndində uşaqların məktəbə gedə bilməməsi,savadsız qalması bir rəzalətdir.Hər-halda limanlı uşaqların da başqa uşaqlar kimi oxumaq, təhsil almaq hüququ var və bu Konstitusiyada öz əksini tapıb. Necə olur ki, məmurlar öz övladlarını xaricə göndərməyə 100 min manatlarla pul tapırlar, ancaq 400-500 manat dövlət büdcəsindən pul ayırmağa əlləri gəlmir.Halbuki o pullar elə vətəndaşların rifahı üçün verilir və elə vətəndaşlara məxsusdur,məmurlarınsa borcu öz vətəndaşına xidmət etməkdir. Görünür bəzi məmurlar prezidentin xalqı düşünməyən məmurlara yönələn tənqidi çıxışına “yaxşı” qulaq asmayıblar və ya ondan yaxşı nəticə çıxarmayıblar.
Əslində limanlıların qaldırdığı bu problem Şabran İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin səlahiyyətinə aid olan bir məsələdir. Belə çıxır ki, məmurların limanlıların uşaqlarının savadsız qalmaları veclərinə deyil.Doğrudan da maraqlıdır Azərbaycanda məmurlar villa tikməyə pul tapırlar,ancaq sadə vətəndaşların uşaqlarının gələcəyi üçün yox. Limanlılar əlbəttə çox guman ki, Təhsil Nazirliyinə, birbaş nazir Mikayıl Cabbarova da müraciət edəcəklər, ancaq doğrudanmı 400-500,bəlkə də 200-300 manat üçün mütləq şəxsən Mikayıl Cabbarov işə qarışmalıdır və kimlərisə cəzalandırmalıdır?!

Düşünürük ki, adi bir məmurun cibinin hesabına həll edilən bir məsələnin böyük problemə çevrilməsi ən azından ayıbdır. Limanlı uşqaların məktəbə gedib-gəlməsinə görə maşın tutmaq üçün milyonçu olmaq lazım deyil. Yaddan çıxarmaq lazım deyil ki, limanlılar həm də secicidirlər və seçki qabağı məmurlar insanlarda dövlətə qarşı bu qədər narazıçılıq yaratmamalıdırlar.Ümid edirik ki, heç olmaya bu yazıdan sonra üzümüzə gələn yeni təhsil ilində 1-ci və ya 11-ci sinifdə oxumalarından aslı olmayaraq limanlı uşaqların da,təbii ki, onların valideyinlərinin də üzləri güləcək.
P.S.Hardasan ay, Hacı Zeynalabdin Tağıyev...Allah sənə rəhmət etsin!

P.S.SQeyd edək ki, Bolgexeber.com Liman sakinlərinin biri ilə əlaqə saxlamışdır.Həmin sakinin bildirdiyinə görə əgər limanlı uşaqların təhsil alması ilə bağlı problem Şabranın məmurları tərəfindən həll olunmasa onlar təhsil naziri Mikayıl Cabbarova Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun Mehriban Əliyevaya müraciət edəcəklər.
Mövzunu diqqətdə saxlayacayıq.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.






Bölmə: Bölgə | 07 sentyabr 2013 15:30 | Baxış sayı: 4398





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: