BolgeXeber.Com » İdman » Millimiz səfərdə qələbəni əldən verdi –Video

Millimiz səfərdə qələbəni əldən verdi –Video

8-09-2013, 09:35
Oxunub: 5 406 Azərbaycan milli komandası "Dünya Çempionatı-2014"ün seçmə mərhələsində növbəti oyununda səfərdə İsraillə qarşılaşıb

Bolgexeber.com-un məlumatına görə, Bakıda keçirilmiş ilk oyun 1:1 hesablı heç-heçə ilə bitmişdi və İsrail yığması çətin rəqib sayılmırdı.
Oyunun birinci hissəsində hesab açılmadı. İkinci hissəyə yaxşı başlayan komandamız 61-ci dəqiqədə Rahid Əmirquliyevin vurduğu gözəl qolla önə keçdi. Təəssüf ki, hesabı qoruyub saxlamaq mümkün olmadı və İsrail yığmasının oyunçusu Etey Şexter 73-cü dəqiqədə bərabərlik qolu vurdu - 1:1.