BolgeXeber.Com » Fotoqalereya » Şimali Koreyanın diktatoru özünü biabır etdi

Şimali Koreyanın diktatoru özünü biabır etdi

9-09-2013, 09:20
Oxunub: 4 358 Şimali Koreya lideri Kim Çen Inın mətbuatda yayılan fotoşəkli ölkə rəhbərini gülünc vəziyyətə düşürüb. Məlumata görə, ölkə rəhbəri Amerika Milli Basketbol Liqasının (NBA) keçmiş oyunçusu Dennis Rodmanla görüşüb.

Daha yaxşı görünməsi üçün görüşdən çəkdiyi şəklin üzərində Photoshopla işləyən fotoqraf burda “böyük” səhvə yol verib. Cütlüyün fotosunu qüsursuz şəkildə birləşdirən fotoqraf Rodmanın sağ biləyinin altında görünən naməlum əli silməyi unudub.

Daha əvvəl “əxlaqsız” hesab etdiyi videoya görə sevgilisini öldürən Kim Çen Inın fotoqrafga nə cəza verəcəyi isə indidən maraq mövzusuna çevrilib.