BolgeXeber.Com » Fotoqalereya » İldə 30 milyon qazanan teleaktrisa-Fotolar

İldə 30 milyon qazanan teleaktrisa-Fotolar

9-09-2013, 15:45
Oxunub: 7 101 Dünyanın məşhur “Forbes” jurnalı ilin ən çox qazanan teleaktrisasını seçib.

Axşam.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, siyahıda birinci yerdə Sofya Verqara dayanıb. Kolumbiyalı aktrisa bir il ərzində 30 milyon dollar qazanıb. "Müasir ailə"də çəkilən Verqara serialla yanaşı, bir neçə reklam çarxında da rol alıb.
27 yaşlı aktrisa Kayli Kuoka rol aldığı serialdan və reklam çəkilişlərindən 11 milyon dollar qazanıb. O, “Böyük partlayışın nəzəriyyəsi” serialında rol alıb.
“Qanun və səliqə-səhman” serialının aktrisası Marişka harqitey də il ərzində 11 milyon dollar qazanıb.
“30 studiya”nın qəhrəmanı Tina Fey, bir çox müsabiqələrin iştirakçısı, teleaktrisa Betenni Frankel, Melissa Makarti və “Ehtirasın anatomiyası” serialının aktrisası Ellen Pompeo bu il 10 milyon dollar qazanıb.