Bu gününü ulduz falı
10-09-2013, 09:00
Oxunub: 4 073
QOÇ - Kifayət qədər düşərli gündür. İstər qarşılıqlı münasibətlərdə, istərsə də fəaliyyət zəminində uğurlarınız çox olacaq. Yeganə bürcsünüz ki, ulduzlar sizə böyük qazanc vəd edir.
BUĞA - İşgüzar fəaliyyətə başlamaq üçün gözəl ərəfədir. Ələlxüsus da ikitərəfli əməkdaşlıq böyük səmərə verə bilər. Odur ki, əzmkarlığınızı artırmalı, öz gücünüzə inanmalısınız.
ƏKİZLƏR - Yalnız iş yerində müsbət ovqat qazana bilərsiniz. Ailə və digər sahələrdə isə hər şey zövqünüzə zidd ola bilər. Riskli hərəkətlərə yol verməyin. Vaxt tapıb ziyarətgaha gedin.
XƏRÇƏNG - Astroloji göstəricilərə görə, günün birinci yarısını müəyyən qədər yorğun tərzdə başa vuracaqsınız. Saat 14-dən sonra isə maraqlı hadisələrin iştirakçısı olacaqsınız.
ŞİR - Göy qübbəsi səhhətinizdə mənfi çalarların olduğunu göstərir. Hər şeydən əvvəl canınızın qeydinə qalın. Nahardan sonra maraqlı sövdələşmələr və bir qədər də qazanc gözlənilir.
QIZ - Karyeranızda əsaslı dönüş etmək üçün bu təqvimin əhəmiyyəti böyükdür. Ona görə də, bütün mümkün potensialınızdan maksimum yararlanmağa çalışın. Öz daxili gücünüzə inanın.
TƏRƏZİ - Qarşılıqlı münasibətlərdə vəziyyət o qədər də ürəkaçan deyil. Amma etiraf edin ki, bunun səbəbkarı daha çox özünüzsünüz. Çalışın hər bir situasiyaya reallığın gözü ilə baxasınız.
ƏQRƏB - Günün ümumi mənzərəsi gərgin fonla müşayiət olunduğundan özünüzü ələ almağı bacarmalısınız. Özünüzü hamıdan üstün tutmaqla yalnız adınızı hörmətdən sala bilərsiniz.
OXATAN - Yaxşı olar ki, günün əsas vaxtını Tanrı ilə tək qalmağa həsr edəsiniz. Keçdiyiniz həyat yoluna, səhv və yanlışlıqlara nəzər salıb çatışmazlıqları aradan qaldırın.
OĞLAQ - Çox uğurlu gündür. Fəaliyyətlə bağlı qarşınıza qoyduğunuz vəzifələrin əksəriyyətini reallaşdıra biləcəksiniz. Ulduzlar gün ərzində əsəblərinizi qorumağı da tövsiyə edir.
SUTÖKƏN - Ümumən gərgin gündür. Unutmayın ki, ətrafınızda olanların əksəriyyəti xəbis və yalançı adamlardır. Belə mühitdə isə ədalət arzusuna düşmək asan deyil. Axşam gəzintiyə çıxın.
BALIQLAR - Biznes sövdələşmələri üçün çox uğurlu vaxtdır. Bu barədə zaman xeyrinizə işləyəcək. Amma saat 18-dən sonra başlıca vəzifəniz səhhətinizi qorumaqdan ibarət olmalıdır.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər