BolgeXeber.Com » Dünya » Əsgərə verilən bu işgəncə bütün ölkəni şoka salıb - FOTOLAR

Əsgərə verilən bu işgəncə bütün ölkəni şoka salıb - FOTOLAR

12-09-2013, 10:40
Oxunub: 4 030 İngilis ordusunda bir əsgərə verilən işgəncələr eşidənləri şoka salıb.

Publika.Az-ın məlumatına görə, DailyMail qəzeti bir əsgərə qarşı işgəncə və təcavüz görüntülərini yayıb.

Belə ki, əsgərlər yığışıb əyləncəyə gedərkən 18 yaşlı əsgər getmək istəməyib. Bu zaman o yoldaşlarının təcavüzünə məruz qalıb. Əlləri arxadan bağlı olan əsgərə süngü və digər əsgər alətləri ilə təcavüz ediblər.

Mart ayında yaşanan hadisədən sonra əsgər ordunu iznsiz tərk edib. Sonra o yaxalanaraq həbsxanaya atılıb. Əsgər deyib ki, hər zaman orduda xidmət etmək arzusunda olub. Lakin yaşanan hadisədən sonra ordu onun üçün dözülməzdir. Hazırda təcavüzçü əsgərlərin tapılması istiqamətində iş gedir.