BolgeXeber.Com » Fotoqalereya » Futbolçulara bu qadın məşq keçəcək

Futbolçulara bu qadın məşq keçəcək

19-09-2013, 16:50
Oxunub: 3 852 Xorvatiyanın beşinci liqa klublarından olan "Viktoriya Vojakoviç" baş məşqçisi ilə hər kəsi təəccübləndirib.
Qol.az-ın verdiyi məlumata görə, kişilərdən ibarət klubun çalışdırıcısı 24 yaşlı qadın Tihana Nemcicdir.
10 il ərzində futbol da oynayan Tihana əvvəllər U-17 komandalarında məşqçi olaraq çalışıb. Məşqçi lisenziyası aldıqdan sonra "Viktoriya Vojakoviç"i başına keçib.
Ölkəsinin idman saytlarında birinə açıqlama verən Tihana bir qadının kişi futbolçuların olduğu klubu çalışdırmasını normal hesab edib:

"Əgər qadınlar və kişilər məşqçilik lisenziya ala bilirsə, niyə də qadınlar kişilərin olduğu bir yerdə çalışmasın? Oyunçularımdan məmnunam, amma hələ çalışmalıyıq. Onlarla çox yaxşı ünsiyyət qura bilirəm. Hər məşqdə məni dinləyirlər. Heç bir problemim olmur".
O bildirib ki, bu mövsüm hədəfləri liqanı birinci pillədə tamamlamaqdır.