BolgeXeber.Com » Media » Qardaşı oğlu Hafiz Hacıyevin namizədliyinin ləğvini istəyir

Qardaşı oğlu Hafiz Hacıyevin namizədliyinin ləğvini istəyir

20-09-2013, 11:15
Oxunub: 5 479 Müasir Müsavat Partiyasının prezidentliyə namizədi Hafiz Hacıyevdən Mərkəzi Seçki Komissiyasına şikayət edilib.

Facebook sosial şəbəkəsinin istifadəçiləri tərəfindən MSK-ya edilən müraciətdə H.Hacıyevin namizədliyinin ləğv edilməsi istənilir. Dünən - sentyabrın 19-da prezidentliyə namizədlərin ikinci tele-debatından sonra hazırlanan müraciətə artıq 1500-ə yaxın facebook istifadəçisi imza atıb. H.Hacıyevdən şikayət edənlər arasında onun qardaşı oğlu, blogger Bəxtiyar Hacıyev, xeyli sayda tanınmış jurnalistlər, siyasətçilər, QHT sədrləri var.

Qeyd edək ki, prezidentliyə namizədlər üçün sentyabrın 19-da keçirilən debatda H.Hacıyev Əli Kərimli, İsa Qəmbər, İqbal Ağazadə və Cəmil Həsənlinin ünvanına sərt fikirlər, hətta təhqiramiz sözlər işlədib. Etik normaları tamamilə aşan H.Hacıyev C.Həsənliyə hətta su qabı da atıb. Bu isə haqlı olaraq cəmiyyətdə narazılığıa səbəb olub.