BolgeXeber.Com » Şou-Biznes » Türk müğənnisi Röyanın mahnısını oxudu

Türk müğənnisi Röyanın mahnısını oxudu

26-08-2010, 10:00
Oxunub: 6 492 Azərbaycan müəlliflərinin mahnılarını səsləndirən türk sənətçilərinin sıyahısına Ebru Şallının da adı əlavə edilib.

Sənətçi musiqisi Kamal müəllimə, sözləri Baba Vəziroğluna məxsus olan «Yenə yaz gələcək» mahnısını repertuarına daxil edib. Xatırladaq ki, mahnının ilk ifaçısı müğənni Röya olub. Söz müəllifi E.Şallının ifası üçün məhz bu bəstəni təqdim edib. Əməkdaşlıq üçün isə koordinator işini konsert təşkilatçısı kimi tanıdığımız Nahid Emiloğlu üzərinə götürüb.

Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun Milli.Az xəbər portalına bildirdiyinə görə, Ebru Şallı sözügedən mahnını məhz Azərbaycan dilində səsləndirib.

«Bu, müəlliflər üçün sürpriz oldu. Mahnı orijinal variantından çıxarılmamaq şərti ilə türk sənətçisinin ifasında lentə yazılıb. Bu gunlərdə mahnını Nahid bəy bizə təqdim edib. Yəqin ki, tezliklə dinləyicilər də yeni ifanı eşidəcəklər» - deyə B.Vəziroğlu