BolgeXeber.Com » Şou-Biznes » Rəvan Qarayevin nigahsız oğlu efirə çıxdı -Şok Video

Rəvan Qarayevin nigahsız oğlu efirə çıxdı -Şok Video

26-09-2013, 13:55
Oxunub: 4 742 Nəticə DNK testindən sonra bəlli olacaq.

İlk evliliyi uğurlu olmayan gənc müğənni Rəvan Qarayev bu yaxınlarda növbəti dəfə ailə qursa da, haqqında gəzən yeni xəbərlər belə getsə bu ailənin gələcəyini sual altında qoyacaq. ANS kanalında yayımlanan “Adam içində” verilişində müğənninin Cəmilə adlı başqa bir xanımdan övladı olduğunun ortaya çıxması gələn qonaqlarda, eləcə də elə əsərin qəhrəmanı olan Rəvan və onun atası Elşad Qarayevdə şok effekti yaradıb. Müğənni faktın yalan olduğunu və israrla heç vaxt belə bir səhv addım atmadığını qeyd etsə də, sonda övladı iddia olunan 5 yaşlı oğlu ilə görüşdürülüb.

Rəvan əvvəlcə azyaşlının əlini sıxıb, daha sonra onu qucağına alıb. Balacaya laqeyd münasibət göstərməyən müğənni azyaşlının övladı olmasından şübhə etdiyini bildirsə də, nəticənin DNK testindən sonra bəlli ediləcəyini vurğuladı.
Müğənninin atası Elşad Qarayevdə oğlu haqqında yayılan bu xəbərin heç bir məntiqə sığmadığını bildirdi. Müğənniyə bu günündə ən yaxın sənət yoldaşı da dəstək oldu.
Övladını uzun müddət Rəvan Qarayevdən gizlətməsinə aydınlıq gətirən xanımsa bildirdi ki, bu addımı atmasına səbəb hazırki həyat yoldaşının ona göz verib işıq verməməsidir. Heç bir şan -şöhrətdə gözü olmadığını deyən Cəmilə xanım qaranlıq qalan məqamlara aydınlıq gətirmək üçün yenidən ANS kanalına gələcəyini bildirdi. Hər halda iddia edən tərəfin nə qədər haqlı, haqsız olduğunu zaman göstərəcək.