BolgeXeber.Com » Analitika » Təhsil Nazirliyindəki əməliyyatın görünməyən tərəfləri

Təhsil Nazirliyindəki əməliyyatın görünməyən tərəfləri

11-06-2011, 13:35
Oxunub: 6 429 İqtisadiyyat İdarəsinin rəisi Şahrza Əliyev haqqında olduqca ilginc məlumatlar üzə çıxıb

Məlum olduğu kimi, bir neçə gün əvvəl Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və MTN Təhsil Nazirliyində əməliyyat keçiriblər. Həmin əməliyyat nəticəsində nazirliyin İqtisadiyyat İdarəsinin rəis müavini Orxan Kərimov saxlanılıb.

Bolgexeber.com tia.az-a istinadən xəbər verir ki, gözlənilmədən keçirilən bu əməliyyatın əslində fərqli tərəfləri var. Apardığımız araşdırmalar nəticəsində belə məlum olub ki, həbs olunan şəxs Orxan Kərimov yox, başqa bir rəsmi şəxs olmalıymış. Belə ki, bəzi məlumatlara görə, həbsi nəzərdə tutulan həmin rəsmi şəxs Təhsil Nazirliyi İqtisadiyyat İdarəsinin rəisi Şahrza Əliyev olmalıymış. Bizə çatan məlumatlara görə, Ş.Əliyevə əməliyyatdan öncə məlumat verilib və ona işə gəlməmək tapşırılıb. Nəticədə, Orxan Kərimov güdaza gedib.

Hətta o da məlumatlar sırasında var ki, bu əməliyyat bir neçə ay bundan əvvəl keçirilməliymiş. Lakin müəyyən qüvvələrin təsirindən sonra proses təxirə salınıb. Araşdırmalarımız nəticəsində aydınlaşıb ki, bir müddət əvvəl Şahrza Əliyev haqqında ölkədəki Xəbər Portallarından birində olduqca maraqlı bir məlumat yayılıb. Amma bir neçə saat ərzində ciddi təyzyiq nəticəsində bu məlumatlar saytdan çıxarılıb. Bununla bağlı o da iddia olunur ki, bu təzyiqlərin göstərilməsində Nəsimi rayon Polis İdarəsinin rəisi Mamed Mikayılovun da xüsusi rolu olub.

Lakin Şahrza Əliyev məsələsinin müəmmalı tərəfləri həddindən artıq çoxdur. Bununla bağlı apardlığımız araşdırmalar nəticəsində kifayət qədər maraqlı nüanslar üzə çıxıb. Onların sırasında kifayət qədər maraqlı və təccüblü məqamlar var. Məsələn, Ş.Əliyevin «Med Servis» Tibb Mərkəzinin məşhur həkimləridən olan Teymur həkimlə hansı sahədə əlaqələri kifayət qədər diqqət çəkəndir. Bununla bağlı yetərli qədər əlimizdə məlumat olsa da, onların bir qisminin dəqiqləşdirilməsinə hələlik ehtiyac var.