BolgeXeber.Com » Fotoqalereya » Dünyanın ən erotik qadınının ad günüdür-Fotolar

Dünyanın ən erotik qadınının ad günüdür-Fotolar

30-09-2013, 17:30
Oxunub: 4 905 Hollivudun ən seksual aktrisalarından Monika Belluççinin bu gün ad günüdür.

Axşam.az-ın məlumatına görə, aktrisanın 49 yaşı tamam olur.

Dəfələrlə dünyanın ən seksual qadını seçilən Monika bir müddət əvvəl həyat yoldaşı Vinsent Kasellə boşanma xəbərləri ilə gündəmə gəlmişdi. İki qızı olan cütlüyün bu addımı eşidənləri şok vəziyyətinə salıb.

Rusiya mətbuatı Hollivud ulduzunun ad günü münasibətilə onun həyatı ilə bağlı müxtəlif yazılar dərc edib. Hər zaman qlamur görünməyi xoşlayan Belluççinin qara rəngi çox sevdiyi bildirilir. Bu səbəbdən aktrisa qatıldığı ziyafətlərdə əksər hallarda bu rəngdə libaslara üstünlük verir.

Monika ilk dəfə filmə 1990-cı ildə, 26 yaşında olarkən çəkilib. 6 il sonra “Mənzil” filmindəki roluna görə, “Avropa oskarı” mükafatını alıb.

Hollivud ulduzu keçirilən əksər sorğularda “Dünyanın ən seksual qadını”, “Dünyanın ən cazibədar aktrisası” adlarına layiq görülüb.