BolgeXeber.Com » Şou-Biznes » Namiq Qaraçuxurlu ölümdən dönüb

Namiq Qaraçuxurlu ölümdən dönüb

13-06-2011, 14:15
Oxunub: 5 059

Məşhur meyxanaçı Namiq Qaraçuxurlu Mingəçevirdə aparılan çəkilişlər zamanı başına gələnlərdən danışıb.

Bolgexeber.com portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, «ATV-magazin» verilişinə açıqlamasında o, deyib: «Hər şey gözlənilməz oldu. Çəkiliş zamanı bizim olduğumuz qayıq çevrildi və hamımız suya düşdük. Su çox soyuq olduğundan hamımız xəstələndik. Çəkilişdən sonra Qazaxıstana getdim və bir müddət görünmədim. Ona görə də bəziləri guya öldüyümə dair şayiələr yaymağa başladı. Allaha şükürlər olsun ki, artıq hər şey qaydasındadır».