BolgeXeber.Com » Media » Məşhur jurnalist həbsxanada öldü

Məşhur jurnalist həbsxanada öldü

13-06-2011, 14:25
Oxunub: 4 658
İranın məşhur jurnalisti və hüquq müdafiəçisi Rza Hoda Saberi həbsxanada vəfat edib.

Bolgexeber.com-un məlumatına görə, Hoda Saberinin ölümünə səbəb 10 günlük aclıqdan sonra baş verən infarkt olub. Jurnalist sonuncu dəfə 2009-cu ildə İranda prezident seçkisindən sonra keçirilən dövlət əleyhinə nümayişlərdə iştirak etdiyinə görə həbs edilmişdi. Son günlər isə o, həmkarı həbsdə olan Hala Sahabinin ölümünə etiraz olaraq iyunun 2-də aclıq aksiyasına başlamışdı. Qeyd edək ki, atasının dəfnində iştirakına icazə verildikdən sonra Sahabi baş vermiş toqquşma nəticəsində ölmüşdü. 50 yaşlı Saberi isə Hala Sahabinin ölümündə təhlükəsizlik qüvvələrini ittiham edərək, onlara etiraz əlaməti olaraq aclıq aksiyası elan etmişdi.