Eldar və Nigar səhnəyə yenidən Türk bayrağı ilə çıxdılar
16-06-2011, 23:15
Oxunub: 5 509
Onlar “Running Scared” mahnısını oxuyublar
Türkiyənin Dənizli şəhər Bələdiyyəsi və TRT tərəfindən təşkil olunan “Türkvision” musiqi festivalına fəxri qonaq kimi qatılan “Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Nigar-Eldar cütlüyü səhnəyə türk bayrağı ilə çıxıblar.
Bolgexeber.com-un məlumatına görə, məşhur cütlüyümüz dünyanın səfalı məkanlarından hesab olunan Bəyaz Cənnət - Pamukkaledə əllərindən yerə qoymadıqları Türk bayrağı ilə könülləri fəth ediblər. Roma dövrünə aid 14 min nəfərlik qədim teatrda həmin gün 20 ölkənin müğənnisi türkcə mahnılar səsləndirib.
Fəxri qonaqlar - Eldar Qasımov və Nigar Camal isə “Eurovision”-da onlara məşhurluq gətirən “Running Scared” mahnısını oxuyublar.
“Eurovision”da qalib olduğu vaxt Türk bayrağını qaldıran sənətçilərimiz səhnəyə təkrar Türk bayraqları ilə çıxıblar. Azərbaycanlı sənətçilər alqış yağmuruna tutulduğu zaman tamaşaçılar da Azərbaycan bayrağını dalğalandırıblar.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə