BolgeXeber.Com » Media » Daha bir jurnalistin videosu yayıldı -Video

Daha bir jurnalistin videosu yayıldı -Video

18-06-2011, 19:05
Oxunub: 5 042
Elmin Bədəlovun «Dalğa TV» tərəfindən çəkilmiş «gizli» görüntüləri üzə çıxıb

Son dövrlər Azərbaycanda jurnalistlərin şəxsi həyatları ilə bağlı bir neçə videogörüntülər yayılıb. İndiyə qədər bu gizli çəkilişlərin nəticəsində üçdən artıq jurnalist və media işçisi sıxıntılı dönəm yaşayıb. Bu gün isə daha bir jurnalistin «gizli» çəkilişi üzə çıxıb.

Bolgexeber.com xəbər verir ki, «Dalğa TV»nin təşkil etdiyi və iyunun 8-də çəkilişini apardığı bu görüntülər əslində «gizli» deyil. Bu jurnalistlə razılaşdırılmış bir çəkilişdir. Həmin görüntülərdə tanınmış gənc jurnalist Elmin Bədəlovun hamamda paltarlı halda çimməsi göstərilir. Çəkilişin sonunda isə Bədəlov «gizli» kameraya bu addımı niyə atdığının səbəblərini açıqlayır.

Həmin görüntülərdə Azərbaycan Dövlət Neft Akademiyasında oxuduğunu və 4-cü kursdan qovulduğunu bildirən Bədəlov hüquqlarının hələ də bərpa olunmadığını vurğulayır. O deyir ki, Akademiyadan qovulmasının səbəbi ADNA haqqında hazırladığı reportajdır. «İndiyə qədər təhsil hüquqları bərpa olunmayıb. Bu gün jurnalistlərin şəxsi həyatlarını gizli yolla çəkib, onları şantaj etmək əvəzinə, onların yazdıqlarından nəticə çıxarmaq lazımdır. Hər bir insanın şəxsi həyatı onun özünə məxsusdur və ona toxunmaq olmaz».

Videogörüntülərdən aydın şəkildə görünür ki, Elmin Bədəlov bu addımı ilə iki əsas məsələyə etirazını bildirib. Onlardan biri təhsil hüquqlarının hələ də bərpa olunmaması, digəri isə son dövrlər jurnalistlərlə bağlı şantaj xarakterli gizli çəkilişlərin yayılmasıdır.

Həmin görüntülərə aşağıdakı linkdən baxmaq mümkündür:

[youtube]http://www.youtube.com/watch?v=ETQsDewKClU[/youtube]