BolgeXeber.Com » Şou-Biznes » “Kurtlar Vadisi Pusu” başqa kanala keçir

“Kurtlar Vadisi Pusu” başqa kanala keçir

18-06-2011, 19:25
Oxunub: 5 515 “Pana Film” şirkəti ilə ATV telekanalı arasında maliyyə mübahisələri yaranıb

Əvvəllər “Show” və “Star”, son vaxtlar isə ATV telekanallarında yayımlanan “Kurtlar Vadisi Pusu” teleserialı gələn mövsüm başqa kanalda nümayiş etdirilə bilər. Bolgexeber.com xəbər portalının “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, filmi çəkən “Pana Film” şirkəti ilə ATV telekanalı arasında maliyyə mübahisələri yaranıb.

Serialın yayımlanacağı yeni telekanal da artıq məlumdur. Qəzetin məlumatına görə, “Pana Film”lə TNT telekanalı arasında razılaşma əldə olunub.