BolgeXeber.Com » Media » Bakı polisi qəzet satışına qadağalarla bağlı məlumatlara aydınlıq gətirdi

Bakı polisi qəzet satışına qadağalarla bağlı məlumatlara aydınlıq gətirdi

19-10-2013, 17:05
Oxunub: 3 555 Son zamanlar bəzi mətbuat vasitələrində paytaxt polisinin metro stansiyalararında müəyyən qəzetlərin satışına qadağı qoyması haqqında mənbəyi məlum olmayan məlumatlar verilir. Baki Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə daxil olan məlumatda deyilir ki, idarə bu məlumatların həqiqətəuyğun olmadığını rəsmən qeyd etməklə yanaşı bildirir ki, səyyar qəzet satışı ilə əlaqədar mütəmadi olaraq şikayətlər daxil olur: "Vətəndaşlar əsasən ictimai yerlərdə və nəqliyyatda, avtomobil yollarında, hətta tıxaclarda səyyar qəzet satıldından şikayət edir və bu sahədə müəyyən qayda-qanun yaradılmasını tələb edirlər. Odur ki, polis paytaxtda qanunsuz ticarətin qarşısının alınması çərçivəsində qəzetlərin də satışında müvafiq qayda-qanunun yaradılmasına nəzarət edir. Bir daha vurğulamaq istərdik ki, polis ümumilikdə qanusuz ticarətlə mübarizə aparır, söhbət hansı qəzetin satılmasından yox, harda satılmasından gedir".