loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Ağcəbədi RİH başçısı Şahin Məmmədov kimə arxalanır?


Ağcabədidədə baş verən özbaşnalıqlar sakinləri boğaza yığıb

Şikayətçının Prezident İlham Əliyevə ünvanlanan məktubu cavabsız qalıb

“Bolgexeber.com”-a müraciət edən Hacıqabul rayonundan Ağcabədi rayonuna gəlmiş və öz ailəsi ilə birlikdə həmin rayonda yaşayan və ruhi xəstə olan bibisi Hüseynova Hamar Əli qızının evində, yəni Ağcabədi şəhər 28 May küçəsi, 9 saylı evdə məskunlaşmış Cəfərov Gəray Həsən oğlu bildirir ki, o, öz problemləri ilə bağlı bir çox aidiyyati orqanlara, eləcə də ölkə Prezidenti İlham Əliyevə, Agcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədova şikayət məktubu ünvanlamışdır.

Vətəndaşın əməkdaşlarımıza bildirdiyinə görə onun etdiyi şikayətlərdən üç ay keçməsinə baxmayaraq həmin məktubda yazılan şikayətin aradan qaldırılması üçün heç bir müsbət addım atılmamışdır.

Nəzərinizə catdıraq ki, şikayətçi yaşadığı evə yolun olmamasından şikayət edir. Çünki, bu həyətə gedən yolu Ağcabədi Bazar ASC mənimsəmişdir. Şikayət məktubu yazıldıqdan sonra Ağcabədi Rayon İcra Hakımıyyətinin başçısı Bazar Şahinin əli ilə rahat pul qazanmaq üçün fürsət düşmüşdür.
Ona görə də öz işbılənlərini guya yolu açmaq üçün yuxarıda adı çəkilən ünvana göndərmişdir. Bir neçə dəfə həmin “işbilənlər” bu ünvanda olduqdan sonra bazar müdirindən lazım olan məbləği alır və guya bazar müdirinin həmin yolu pul ilə aldığını deyirlər. Şikayətçiyə isə bu haqda Məhkəməyə müraciət etməyi məsləhət görürlər.

Daha sonra şikayətçı bildirdiki, rayonda onun probleminə məhəl qoymadığını görəndən sonra Prezidentə ərizə ilə müraciət etmək qərarına gəlib.
Görəsən, bizim bu bədbəxt şikayətçimiz kimdən kimə şikayət edəcəkdir? Ərizəni icra etməkdən boyun qaçıran Şahin Məmmədovdan, yoxsa pul ilə yolu satın alan bazar müdirindən? Təbiidir ki, hər şeyi pul həll edən məmləkətimizdə pul ilə də bu adları çəkilənlər məhkəmədə udacaqlar. Vay bizim məmləkətimizdə yaşayan kasıbların halına.

Jurnalist peşəsinə sadiqlik nümayiş elətdirərək bu məktubla əlaqədar olaraq adı çəkilən ünvanda olduq və həmin yolun həqiqətən də tutulduğunun şahidi olduq. Yolun bir hissəsini Ağcabədi bazar ASC tutmuş və kənd təsərrüfatı məhsullarının satilması üçün masalar düzdürmüşdür, digər hissəsini isə Ağdamdan Ağcabədiyə pənah gətirmiş Vəliyev Ədalət kommersiya məqsədi ilə tikdirdiyi mağaza ilə tutmuşdur.

Ona görə də yol büsbütün kəsilmişdir. Ağcabədi Rayon İcra Aparatında isə bəzi mötəbər şəxslər iddia edirlər ki, biz həmin yolun açılması üçün bəzi müsbət addımlar atmışıq. Amma, atılan bu “müsbət addım”ın Gərayın yolunun açılması üçün heç bir xeyri olmamışdır. İnşallah, iş belə gedirsə, Prezident İlham Əliyevə ünvanlanan bu məktub elə cavabsız da qalacaqdır. Deyəsən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Bazar Şahin bu məktuba və buna oxşar digər məktublara xor baxmaqla əhalini ölkə başçısı İlham Əliyevdən narazı salmaq fikrindədir.

Sonda vətəndaş bildirdiki, belə şikayətlərin sayı həddindən artıq çoxdur. Lakin RİH başçısı Şahin Məmmədovun arxalandığı adam həddindən artıq güclü adam olduğundan kimsənin şikayətinə baxmır.

P.S. Hər halda öz vəzifə borcumuzu yerinə yetirib vətəndaş şikayətini araşdırdıq işıqlandırdıq, amma problemin həll olub-olmamasına, o, əlahəzrət icra başcısnın “nostreniasından” asılıdır.

Bölmə: Müsahibə-Reportaj | 27 avqust 2010 23:45 | Baxış sayı: 4223





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: