BolgeXeber.Com » Dünya » Rusiyada təyyarə qəzasi: 44 ölü

Rusiyada təyyarə qəzasi: 44 ölü

21-06-2011, 11:30
Oxunub: 5 331
Rusiyanın paytaxtı Moskvadan Petrozavodsk bölgəsinə uçan Tu-134 sərnişin təyyarəsi qəzaya uğrayıb

Parçalanaraq alovlanan təyyarədə olan 44 sərnişinin həyatını itirdiyi, 8 sərnişinin də yaralandığı bildirilib. Bolgexeber.com-un "Ria Novosti"yə istinadən verdiyi əmlumata görə, Rusiyanın Kareliya bölgəsində təyyarənin hava limanına 1 kilometr məsafədə şoseyə düşdüyü bildirilib. Moskva saatı ilə 00:04-də baş verən hadisədə sərnişinlər arasında səkkiz uşağın da olduğu qeyd edilib.

Təyyarədə olan 52 sərnişin və heyət üzvündən 44-ü həlak olub. Sağ qalan 8 nəfərdən bir uşağın vəziyyəti ağırdır. Yaralılar Kareliya Respublikasının paytaxtı Petrozavodskda xəstəxanalara yerləşdirilib.

Eniş zolağına enən təyyarənin parçalandığı və sonra da alovlandığı ifadə edilir. Moskvadan qalxan təyyarə ilə qüllə əlaqəsinin bir saat 10 dəqiqə sonra kəsildiyi, beş dəqiqə sonra da təyyarənin şoseyə düşdüyü ifadə edilir.

Fövqəladə Hallar Nazirliyinin rəsmiləri bölgəyə səhiyyə və xilasetmə qruplarının olduğu vertolyotun Sankt Peterburqdan göndərildiyini açıqlayıb.

Qeyd edək ki, 1967-də Sovetlər Birliyi dövründə istifadəyə verilən Tu-134 təyyarələri 76 sərnişin tutumuna sahibdir.