BolgeXeber.Com » İdman » “Qalatasaray” qalib gəldi, “Yuventus” “Real”la bacarmadı-Video

“Qalatasaray” qalib gəldi, “Yuventus” “Real”la bacarmadı-Video

24-10-2013, 09:35
Oxunub: 4 856 Çempionlar Liqasının qrup mərhələsində III turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə A, B, C və D qruplarında daha 8 qarşılaşma keçirilib

Azərbaycanlı futbolsevərlərin maraqla gözlədiyi görüş İstanbulda baş tutub. “Qalatasaray” klubu B qrupunun digər təmsilçisi “Kopenhagen”i sınağa çəkib. Ötən tur səfərdə “Yuventus”la bərabərə qalaraq qrupda ilk xalını qazanan “Cim-Bom” doğma arenada Danimarka təmsilçisini 3:1 hesabı ilə məğlub edərək ikinci pilləyə yüksəlib.

Qrupda keçirdiyi iki oynda da darmadağınla qalib gələn lider “Real” isə doğma azarkeşləri qarşısında “Yuventus”u qəbul edib. Madridlilər bu matçda da qələbə qazanaraq uğurlu seriyanı davam etdirib.

PSJ və “Bavariya” isə rəqiblərini 5 cavabsız qolla məğlub edib. Səfərdə “Bayer”in qonağı olan A qrupunun lideri “Şaxtyor” darmadağınla üzləşib. Ukraynalılar Leverkusen təmsilçisinə 4:0 hesabı ilə məğlub olub.

Çempionlar Liqası
III tur

23 oktyabr
A qrupu
"Bayer" (Almaniya) - "Şaxtyor" (Ukrayna) - 4:0
QOL: Kisslinq, 22, 72, Rolfes, 50 (pen), San, 67
"Mançester Yunayted" (İngiltərə) - "Real Sosyedad" (İspaniya) - 1:0
QOL: Martines, 2 (avtoqol)

1 Mançester Y 3 2 1 0 6 - 3 7
2 Bayer 3 2 0 1 8 - 5 6
3 Şaxtyor 3 1 1 1 3 - 5 4
4 Real Sosyedad 3 0 0 3 1 - 5 0


B qrupu
“Real” (İspaniya) - “Yuventus” (İtaliya) - 2:1
QOL: Llorente, 22 - Ronaldo, 4, (29-pen)
Qırmızı vərəqə: Çiellini, 48 (“Yuventus”)
“Qalatasaray” (Türkiyə) - “Kopenhagen” (Danimarka) - 3:1
QOL: Felipe Melo, 9, Sneyder, 38, Droqba45+1 - Klaudemir, 88

1 Real M 3 3 0 0 12 - 2 9
2 Qalatasaray 3 1 1 1 6 - 9 4
3 Yuventus 3 0 2 1 4 - 5 2
4 Kopenhagen 3 0 1 2 2 - 8 1


C qrupu
“Anderlext” (Belçika) - PSJ (Fransa) - 0:5
QOL: İbrahimoviç, 17, 22, 36, 62, Kavani, 52
“Benfika” (Portuqaliya) - “Olimpiakos” (Yunanıstan) -1:1
QOL: Kardoso, 84 - Dominqez, 29

1 PSJ 3 3 0 0 12 - 1 9
2 Olimpiakos 3 1 1 1 5 - 5 4
3 Benfika 3 1 1 1 3 - 4 4
4 Anderlext 3 0 0 3 0 - 10 0


D qrupu
MOİK (Rusiya) – “Mançester Siti” (İngiltərə)- 1:2
QOL: Zoran Tosiç, 32 - Aqüero, 34, 42
“Bavariya” (Almaniya) – "Viktoriya" (Çexiya) - 5:0
QOL: Riberi, 25 (pen.), 61, Alaba, 37, Şvaynştayger, 64, Qötse, 90

1 Bavariya 3 3 0 0 11 - 1 9
2 Mançester Siti 3 2 0 1 6 - 4 6
3 MOİK 3 1 0 2 4 - 7 3
4 Viktoriya 3 0 0 3 2 - 11 0