BolgeXeber.Com » Media » Qadın jurnalist - hüquqşünas qovğası böyüdü

Qadın jurnalist - hüquqşünas qovğası böyüdü

25-10-2013, 14:30
Oxunub: 4 718 Yenicə fəaliyyətə başlamış axar.az saytının xanım əməkdaşı Sona Yaqubova döyülüb. Moderator.az-ın məlumatına görə xanım jurnalsiti döyən hüquqşünas, Facebook fəalı Mehman Muradlıdır. Hər şey Sona Yaqubovanın bu statusundan başlayıb: “Oğuzxanın müəllimi deyib ki, uşaqlar hava soyuyub, sinifdə üşüyürsüz, hansınızın evində artıq tok peçi var gətirin. Dedim, sabah denən: -- Müəllimə, birin də bizim ev üçün dilən. Necə olsa Azərbaycan müəllimisən, dilənəməyə alışıksın sən”.

Mehman Muradlı bu statusu paylaşaraq belə bir şərh yazıb: “Bu əxlaqla, bu savadla adam jurnalist işləyir. “bravo” deyirəm, başqa heç nə demirəm”. Bundan sonra isə Sona Yaqubova status yazaraq Mehman Muradlını təhqir edib.

Və səhəri gün axar.az-ın redaksiyasına gələn Mehman Muradlı Sona Yaqubovanı döyüb. Qeyd edək ki, axar.az sabiq deputat Aynur Camalqızının layihəsidir. Aynur Camalqızı da Facebookda status yazaraq bu hadisəyə münasibət bildirib: “Evdə arvadını döyə bilməyən gəlib mənim ofisimdə qadına əl qaldırır. Bunun cavabını necə lazımdı verəcək. Kişilik nədir, hələ gedin öyrənin, sonra yumruq atmaq istəyin. Şərəfsizliyin kubudur bu. Güzəşt olmayacaq....”

Sona Yaqubova Facebook statusunda döyülməsini dolayısı ilə təsdiqləyib: "Oğuzxanın atasına zəng vurub demek istəyirəm ki,"Gəl al bu cəmiyyətin əlindən məni, apar özün döy" Fərd yoxsa kütlə tərəfindən döyülmək arasında seçim etməkdən başqa yolumuz yoxdu. Səmimi qəlbdən nifrət edirəm mentalitet adıyla həyatımızı məhv edən vəhşiliyə".

Mehman Muradlı isə Musavat.com-a açıqlamasında bildirib ki, həqiqətən azar.az saytının redaksiyasına gedib. Amma, o, Sonna Yaqubovanı vurduğunu təkzib edib: “Aynur Camalqızı haqqımda yalan məlumat yaymaqla yeni yaratdığı saytı reklam etmək istəyir”. Mehman Muradlı deyib ki, əgər hüquq-mühafizə orqanlarına şikayət edilsə, o da qarşılıqlı şikayət verəcək.

Daha sonra S.Yaqubova özü də bu məsələ ilə bağlı jurnalist həmkarlarına müraciət edib: "Jurnalist dostlardan və sayt rəhbərlərindən xahiş edirəm, Muradlı Mehman ilə olan problemimlə bağlı məni narahat etməsinlər. Hər halda gərək duysaydım öz işlədiyim holdinqin saytlarında bu barədə danışardım.
Sadəcə bu qədərini deyə bilərəm ki, belə bir problem olub və mən sözügedən adamdan fərqli olaraq problemimi "qoçuluq" üsulu ilə yox, sivil bir insan kimi hüquqi müstəvidə haqlarımı bərpa etməyi seçdim. Nəticəni isə tezliklə görəcəksiniz".

Zərərçəkənin çalışdığı media qurumunun rəhbəri Aynur Camalqızı bu məsələ ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib. O, hadisə ilə bağlı görüntüləri Daxili İşlər Nazirliyinə təqdim edib və Mehman Muradlı barədə ölçü götürülməsini tələb edib.