BolgeXeber.Com » Media » Qafqaznews.az xəbər portalında texniki işlər aparılır

Qafqaznews.az xəbər portalında texniki işlər aparılır

25-10-2013, 17:50
Oxunub: 8 277 Qafqaznews.az –ın əməkdaşı jurnalist İmran Kərimlinin Bolgexeber.com-a bildirdiyinə görə Qafqaz Xəbər Agentliyinin mətbu orqanı olan Qafqaznews.az xəbər portalında təkmilləşmə məqsədilə texniki işlər aparıldığından sayt öz fəaliyyətində bir neçə günlüyə fasilə elan edib. Qafqaznews.az xəbər portalının baş redaktoru Mahmud Rasimoğlun saytımıza dediyinə görə saytda yenilənmə işləri başa çatdqdan sonra sayt əvvəlki rejimdə,ancaq daha yüksək səviyyədə öz fəaliyyətini davam etdirəcək. “Son zamanlar xəbər portalımıza giriş çoxaldığından sayta girişdə, sayt səhifəsinin çağırılmasında müəyyən çətinliklər yaranırdı. Bu səbəbdən də sayt rəhbərliyi saytda texniki yeniləmələr aparmağa qərar verib.Yaxın zamanlarda aparılan texniki işlər tam sona çatdıqdan sonra Qafqaznews.az fəaliyyətini davam edərək hər gün yenilənəcək. Hörmətli oxucularımızın bunu anlayışla qarşılayaçaqlarına əminik. Dəyərli izləyicilərimizi çox intizarda qoymayacayıq”,-baş redaktor bildirib.
Bolgexeber.com