BolgeXeber.Com » Şou-Biznes » "Space" rəhbərinin məşuqəsi Kəmalə Xəlilovanın oyunları-Video

"Space" rəhbərinin məşuqəsi Kəmalə Xəlilovanın oyunları-Video

29-10-2013, 12:20
Oxunub: 26 155 " Kəmalə Xəlilova qeyri-rəsmi olaraq Vaqif Mustafayevlə yaşayır"

"Space” televiziyasının əməkdaşı İdris Cəfərov şirkətin rəhbəri Vaqif Mustafayev haqqında şok ittihamlar səsləndirib.

İ. Cəfərov öz fikirlərini videoya çəkərək sosial şəbəkələrdə yayıb. O, telekanalın faktiki olaraq V. Mustafayev deyil, Kəmalə Xəlilova tərəfindən idarə edildiyini deyib. Həmçinin K. Xəlilovanın qeyri-rəsmi olaraq V. Mustafayevlə yaşadığını iddia edib.


Bu mövzunu araşdırarkən qarşıma çıxan bir yazını da sizə təqdim edirəm. Maraqlı olanlar oxuya bilər. Aylar öncə yazılıb. Görün, bu qadın sevgilisinə arxalanaraq insanların başına nə oyunlar açıb

Dərviş Parisi partladır...”ssenarisinin SPACE variantı və ya Kəmalə Xəlilova telekanalı necə dağıdır

Son günlər gündəmi zəbt edən məsələlərdən biri də SPACE-də baş verən olaylardır. Belə ki,son günlər adı çəkilən telekanal lap müharibə poliqonuna bənzəyir. Hamı cəsus axtarışındadır. Lakin SPACE-ni bu vəziyyətə salan " Səhər” departamentinin rəhbəri Kəmalə Xəlilovanın ağla və məntiqə sığmayan əməllərini nədənsə rəhbərlik görmək istəmir. Oxuculara ANS telekanalından qovulan,Vaqif Mustafayev adından bir tramplin kimi istifadə edən ,hətta teleşirkət rəhbərinin adını özünün iyrənc oyunlarına qatan ,”Xəzər TV”-də də özünün kimliyini göstərdikdən sonra oradan da çıxarılan Kəmalə Xəlilovanın kim olması haqqında geniş məlumat vermirik. Xatırladaq ki,bu xanım harada işləməsinə baxmayaraq özünün qeyri peşəkarlığı ilə ətrafda mənfi aura yaradıb. Bu səbədən də işlədiyi telekanallardan qovulub. SPACE –də baş verən qalmaqal və narazılıqların da hamısında Kəmalə Xəlilovanın adı hallanır.

Əkbər Əlizadə ilə partlayan vulkan

Kəmalə Xəlilova adı Günel Həsənzadə davasında da çəkilir, Əkbər Əlizadə davasında da, İlham Mirzəyev qalmaqalında da. Bu xanımın ANS macəralarını bilməyən yoxdur. Kəmalə Xəlilovanın qeyri-peşəkarlığına görə "Hər səhər” verilişini tərk edən Əkbər Əlizadə bu xanıma layiqli qiymət verərək demişdir: " Kəmalə mədəniyyət və incəsənət aləmindən bixəbər,qeyri-peşəkar olduğu üçün mənim fəaliyyətimə əngəl törədirdi.” Qəribədir, Kəmalə Xəlilovanın qeyri-peşəkarlığını hamı görsə də, nədənsə tanınmış kinorejissor Vaqif Mustafayev barıt çəlləyi kimi SPACE-ni partlama vəziyytətinə gətirən, hamıya Vaqif Mustafayevlə münasibətini deyərək qürrələnən,Mir Şahin və Vahid Naxışdan qisas almaq üçün Vaqif Mustafayev etibarından sui-istifadə edən bu qadının əməllərini görə bilmir. Əislində heç kim Kəmalə Xəlilovanın Vaqif Mustafayevin ona ev bağışlama sərsəmləməsinə inanmır. Hamı bilir ki,bütün bu yalanlar Kəmalə Xəlilovanın ANS-ə qarşı qisas planının bir hissəsidir. O,Mir Şahinə bununla ismarıc göndərir ki,görün mən necə qiymətliyəm. Lakin bir fakt faktlığında qalır ki, SPACE-də Vaqif Mustafayev aləmi bir-birinə qatan bu xanıma hər cür şərait yaradıb. Ən yüksək maaşı da Kəmalə Xəlilova alır,ona yeni maşın da ayrılıb,xüsusi sürücü də,yeni texniki avadanlıqlar da. Kəmalə Xəlilovanın bir sözünü Vaqif müəllim iki etmir. Kimi istəsə o işə qoyur,kimi istəsə çıxartdırır. Artıq SPACE divarları Kəmalə Xəlilova təhqir və təhdidlərindən belə bezib.
Əməkdar artist Əkbər Əlizadənin də bu xanıma görə SPACE dən uzaqlaşması hamıya bəllidir. Gəlin görək onun yerinə kim gəldi? Artıq " Hər səhər” verilişi ilə ucqar kəndlərdə keçirilən palatka toyları arasında heç bir fərq yoxdur. Biz hələ yersiz atılıb-düşən,şit zarafatları ilə ürək bulandıran, özünü kralların təlxəklərinə bənzədən,efir mədəniyyəti haqqında anlayışı olmayan Əlif adlı yeni aparıcıdan belə danışmaq istəmirik. Sözsüz ki,onu nədəsə ittiham etmək olmaz. Onu hazırlıqsız efirə buraxmaq Vaqif Mustafayev qalsın bir yana,kanal sahibinə hörmətsizlikdir. Mən hələ orada oturanların danışıq səviyyələrindən heç nə yazmıram. Məgər Gözəl Məmmədovanın,Nazilə Atakişiyevanın,Şahbaz Rəsulun, Sevinc xanımın yerlərini efirdən bixəbər bu gənclər verə bilirlərmi? Sizcə itirən kimdir –Əkbər Əlizadə,yoxsa SPACE telekanalı?! Nədən bir vaxtlar baxımlı olan bu verilişə hamı ikrahla baxır. Hələ dünən canlı efirdə Rəna müəllimə adlı tamaşaçı Əkbərsiz bu verilişin baxımsız olduğunu dediyi vaxt onun sözünü yarıda kəsmək azad sözə qarşı hörmətsizlik deyil,bəs nədir? Vaxtilə Azərbaycanın elit təbəqəsinin ən sevimli telekanalı olan SPACE-ni bu vəziyyətə salmaq sizcə ölkə elitasına hörmətsizlik deyilmi? Mehriban Ələkbərzadənin , Nərgiz Cəlilovanın hazırladıqları verilişlər öz möhrünü vuraraq SPACE tarixində qalıb. Amma indi hamı təəssüflə "Heyf səndən, SPACE”-deyir və kanalı tez dəyişir. Axı Vaqif Mustafayevin özü elit təbəqənin nümayəndəsidir.

Kəmalə Xəlilovanın əməlləri və ona ünvanlanan suallar

Bu gün telekanalda Vaqif Mustafayev "Mədəniyyət” departamentinin rəhbərinə tapşırıq verib ki,xüsusi roliklər hazırlansın. Bu rolikdə işçilərə məcbur edilir ki,SPACE-də vəziyyətin yaxşı olması ilə bağlı söz söyləsinlər. Sonra da bütün bunlar efir vasitəsilə tamaşaçılara çatdırılsın ki,guya burada abu-hava yaxşıdır,deyilənlər yalandır.

Ən maraqlı məqam isə Kəmalə Xəlilovanın verdiyi müsahibədir. Müsahibəsi zamanı Kəmalə Xəlilova bildirir ki,guya onunla bağlı xəbərləri yayan SPACE-nin keçmiş əməkdaşlarıdır. Guya o,ərizə yazıb ki,işdən çıxsın. Guya Əkbər Əlizadə işə gələn kimi Kəmalə Xəlilovanın otağına girərək onu təhqir etsə də,o,aparıcıya bir söz deməyib.

Yəqin yazılanları oxuyub güldünüz. Nədən üzündən gülüş əksik olmayan Əkbər Əlizadə yuxudan oyanan kimi gəlib Kəmalə Xəlilovanı söysün? Nədən SPACE-nin işdən çıxarılan əməkdaşıarı Kəmalə Xəlilovadan intiqam alsınlar. Axı kimdir o? Kəmalə Xəlilovanın bu palavralarını oxuyandan sonra ortaya bəzi suallar çıxır ki,bunu da biz ona ünvanlayırıq:
" Hər səhər” verilişinin redaktoru Sevinc xanımı təhqir edən,onu şərləyərək Vaqif Mustafayevə şikayətlər edən, nəhayət onu işdən qovduran siz deyildiniz, bəs kim idi? Axı hamı bilirdi ki,rüşvət almaqda ittiham etdiyiniz bu qadın sizin özəlinizlə bağlı məlumatlı olduğu üçün qara dəftərinizə düşüb,işdən qovulmuşdu.

Nazilə Atakişiyevanın günahı nə idi? Tamaşaçıların ağlına belə gəlmirdi ki, bu gülümsər xanım hər gün sizin təhqirlərinizdən ağlayaraq təzyiqi qalxır, üstünə həkim gəlir, elə o vəziyyətdə də gözünün yaşını silərək efirə çıxırdı. Hətta siz efir zamanı belə onu aglatmışdınız ki,həmin an tamaşaçıların nəzərindən qaçmamışdı. Nəhayət ki,siz onun da çörəyinə bais olub işdən qovdurdunuz.
Az.TV məktəbi keçmiş,efir mədəniyyəti ilə ziyalılığı bir birini tamamlayan Gözəl Məmmədova ilə gözəl nitqi,danışıq mədəniyyəti ilə tamaşaçıların sevimlisi olan Şahbaz Rəsul "Hər səhər”dən sizin qeyri professional davranışınıza görə "Mədəniyyət” departamentinə keçmədilərmi? İndi deyin görək,belə işçiləri "Hər səhər”dən uzaqlaşdırıb,ora kimi gəldi dolduraraq palatka toyuna çevirən,öz səviyyənizə uyğun verilişin hazırlanmasında sizi ittiham etməyək,bəs kimi edək? Adı çəkilən verilişdə Əkbər Əlizadə ilə münaqişəniz axı ilk dəfə deyildi. Onun kimi səbrli insanı da telekanaldan qaçırmağa nail oldunuz.

Yaxşı, mantajorlarla müharibələrinizdən niyə müsahibənizdə danışmamısınız? Bəs operatorlara yuxarıdan aşağı baxıb,onları təhqir etməyinizdən niyə danışmamısınız? Gənc qızlara necə nümunəvi örnək olmağınızdan da yazaq? Bəlkə sizin verilişləri çəkən operator,rejissor,montajorları necə təhqir etmənizdən,onların sizlə işləməsinin bir işkəncə olmasından , İlham Mirzəyevlə verilişin çəkilişi zamanı davanızdan,Günel Həsənzadə ilə müharibənizdən,”Xəbərlər” departamentinin rəhbərinə qarşı apardığınız iyrənc oyunlardan,onun yerinə keçmə planlarınızdan da danışaydınız? Bizi sizlərin işdən kənar həyatınız heç maraqlandırmır. Odur ki, biz bu məsələlərə hələlik toxunmuruq. Siz o müsahibəni verərkən "Musiqi”departamentinin rəhbəri haqqında orda-burda danışdıqlarınızı dilə gətirsəydiniz, "Xəbərlər” departamentinin rəhbərinə qarşı özünüzə bənzər işçiləri necə öyrədib qiyama hazırladığınızı desəydiniz, ANS-dən gətirdiyiniz yeni işçilərlə Vaqif Mustafayevin əli ilə Mir Şahinə qarşı hansı oyunları qurduğunuzdan danışsaydınız, SPACE-nin ailəli qadınlarına atdığınız böhtanları dilə gətirsəydiniz heç də pis olmazdı. ANS telekanalından hansı səbəbə qovulduğunuzu adam heç dilə gətirmək istəmir. Mir Şahinin sizi hansı tərzdə və hansı səbəbə sizi qovduğunu hamı bilir. Sizin yerinizə kim olsa SPACE –də yaradılan imkankardan istifadə edərdi,daha aləmi bir birinə çevirməzdi.

Necə olur ki,SPACE də,xüsusən də "Hər səhər” proqramında hamı pis oldu,siz yaxşı? Orada qalan Aysel ilə Elnarədir ki,hələlik onlarla dalaşsanız da,işləyə bilirsiniz. Çünki Elnarə Süleymanova Vaqif Mustafayevin qohumu olduğu üçün ona gücünüz çatmır. O ki,qaldı Ayselə,telekanalda hamı onu sizin sözdaşıyıcınız kimi tanıyır. Çoxları da deyir ki,gələcəkdə Aysel Mursaliyeva sizin davamçınız olacaq. Siz bunlar haqqında sussanız da az qala SPACE divarları belə dilə gələrək bunları danışır.

Bu gün Kəmalə Xəlilova Vaqif Mustafayev nüfuzuna zərbə vurur,telekanal rəhbəri isə susur. Amma niyə?!

Davam edir 37....

İki gün öncə Əlövsət Aslanlı ilə onun müavinin uzaqlaşdırılması haqqında sizlərə xəbər vermişdik. Əlövsət Aslanlının yerinə SPACE-nin kadrlarından biri olan Ramin adlı gənc təyin edilib. Deyilənə görə, Əlövsət Aslanlının işdən qovulmasının səbəbkarı da Kəmalə Xəlilovadır. Çünki "Həyat davam edir” verilişinin çəkilişi zamanı onların mübahisəsi olub. Kəmalə Xəlilova isə onun işdən qovulmasını istəyib. Qəribədir,hamını işdən qovan Vaqif Mustafayev SPACE-ni altını üstünə çevirən,onun nüfuzuna zərbə vuran Kəmalə Xəlilovanı nədənsə işdən azad etmir. Bu da deyilənlərin haradasa doğru olması fikirlərini ətrafda yaradır.
Dünən operatorlarla birlikdə telekanalın qrim ustası da işdən qovulmuşdur. Görünən budur ki,SPACE - də vəziyyət ağırdır. Peşəkarlar telekanaldan uzaqlaşdırılır,onların yerinə az maaşa təcrübəsiz və efir anlayışından tam uzaq işçilər işə götürülür. Kanal rəhbərliyi isti yay günlərində işçiləri məcburi şəkildə öz hesablarına ezamiyyətə göndərir,onlara maaş vermir. Fikirləşmir ki,ailə sahibi olanlar ailəsini necə dolandırsın. Vaqif Mustafayev ola bilsin ki,işçilərin razılıq dolu çıxışlarından video rolik düzəldib tamaşaçılara təqdim edərək gözdən pərdə assın. Amma hamı bilir ki, adı çəkilən telekanalda yüksək maaşı yalnız departament rəhbərləri alır. SPACE-nin vəsiqəsi də onlara verilir. Digər işçilərin məvacibi 160,207,ən yüksəyi isə 250 manatdır. 1000 manat məvacibi yalnız departament rəhbərləri alır. Gürəsən telekanal rəhbərinin özü 250 manata ailə saxlaya bilərmi? Aldığımız məlumata görə hava haqqında məlumatı deyən Tunay Əliyeva da bu səbəbdən öz xahişi ilə işdən çıxmışdır.
Bu gün ölkə prezidenti əhalinin sosial rifahını yüksəltmək üçün təqaüd və məvacibləri artırır. SPACE-də reklamdan yığılan pulların hara getməsi müəmma içindədir. Görəsən ölkə prezidentindən filmlər çəkən kanal rəhbəri onun bu qayğısından bəhrələnərək öz işçilərinin maaşlarını nədən artırmır? Daha dəqiq desək,bunun haqqında düşünürmü? Televiziya yaradıcı aləmdir. Əgər oranın işçiləri az maaşla ailələrini necə dolandıracaqlarını bütün günü düşünürlərsə,onların beyinləri yaradıcılıqla yox,sosial problemlərlə dolu olacaq. Peşəkarlıq ikinci plana keçəcək.
Aldığımız sonuncu məlumata görə SPACE-nin az maaş alan əməkdaşları kütləvi şəkildə etiraz aksiyalarına başlayacaqlar. Artıq buna hazırlıqlar da başlanıb. İşçiləri qınamaq da olmur. 200-250 manat maaşı yaradıcı adama verərək onu qayğılar məngənəsində boğmaq ən azı... Artıq prezidentə ünvanlanacaq məktub belə hazırdır. Seskilər öncəsi belə narazılıq isə heç xoşagələn deyil. Görünən budur ki,SPACE patlamağa hazır olan bombaya bənzəyir. Bu isə Vaqif Mustafayev nüfuzuna ən ağır zərbədir.

P.S. Kəmalə Xəlilova deyir ki,istefa ərizəsi yazıb. Vaqif Mustafayev isə cəsus axtarışına çıxaraq Kəmalə Xəlilovanın işdən uzaqlaşmasını istəmir.

Ramal Zeynal.

Bu da başqa bir xəbərdən bir epizod

"Həyat davam edir” mi?

Artıq davam etmir. "Space”də yayımlanan bu veriliş insanların öz problemlərini ictimailəşdirərək, ondan çıxış yollarını aramaq məqsədilə yaradılıb. Lakin verilişin qonaqları hər çəkilişdən sonra özlərini təhqirolunmuş və alçaldılmış hiss edərək, kanalı tərk edirlər. Verilişdən-verilişə insanların könüllü olaraq ona qatımaq istəyi artıq ölüb. Prodüsserlər də naəlac qalıblar, heç kəs verişdə çəkilmək istəmir. K.Xəlilova kanala üz tutan zavallı insanların problemlərini çözmək əvəzinə, yaş həddi tanımadan onların üzərinə bağırır, ağsaqqal və ağbirçək adamlara ağıl (?!) verdiyini düşünür. Verilişin avtomatik olaraq dayanmasına baxmayaraq, ona rəhbərlik tərəfindən xüsusi diqqət var. Veriliş üçün məxsusi olaraq mikroavtobus alınıb, onun üzərinə "Həyat davam edir” loqosu yazdırılıb, sürücü ayrılıb. "Space”nin həyətində çürüməyə məhkum olsa da bu mikroavtobusdan başqa kimsənin istifadə etməsinə imkan verilmir. Mənbəmiz deyir ki, K.Xəlilova özünü elə aparır ki, sanki kanal ona atasından miras qalıb. Kimdən xoşu gəlmirsə, dərhal işdən qovdurur. "Hər Səhər”in yaradıcı heyətində nə qədər ağıllı və istedadlı adam varsa, onları işdən çıxartdırıb. Yerinə ona "sözdaşıyan” adamları qoyub. Bütün kanalın yaradıcı qrupunu səviyyəsiz "öz adamları” ilə əvəz etdirir. Əvvəlcə verilişi, indi isə bütün kanalı idarə edir. Nə qədər istedadlı aparıcı var, min bəhanə ilə onları işdən çıxartdırıb. Elə bilir ki, bunun hərəkətlərini başa düşən yoxdur. Hər yerdə özünü birinci görmək üçün min əmələ əl atır. Onun bu hərəkətləri V.Mustafayev tərəfindən böyük məhəbbətlə qarşılanır.


/bizimbaku.ws/