BolgeXeber.Com » Media » Bakıda baş redaktorun müdhiş cinayətinin üstü açıldı

Bakıda baş redaktorun müdhiş cinayətinin üstü açıldı

23-06-2011, 17:15
Oxunub: 4 105
Onun əməlindən ziyan çəkənlərinin artacağı istisna olunmur.

Bakıda dələduz baş redaktor həbs edildi. Milli.Az xəbər portalının məlumatına görə, həmin şəxs “İnsan haqqı” qəzetinin baş redaktoru Hacıbala İsmayılovdur. O, Bakının Xətai rayonunun ərazisində külli miqdarda dələduzluq edərək insanların haqqını tapdalayıb.

Onun törətdiyi dələduzluq əməllərinin dəqiq sərhədləri açıqlanmasa da, o məlumdur ki, təkcə iki nəfəri orta məktəbə direktor düzəltmək adı ilə ayrılıqda onların 22 min və 19 min manat pullarını alıb. H.İsmayılovun bu kimi digər dələduzluq əməlləri törətməsi istisna olunmur.

Faktla bağlı Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq (178.3.2-ci) maddəsi ilə cinayət işi başlanıb. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.