BolgeXeber.Com » İdman » 3 penal,1 qırmızı,10 qol- Video

3 penal,1 qırmızı,10 qol- Video

31-10-2013, 10:00
Oxunub: 4 242 İspaniya “La Liqa”sının 11-ci turunda “Real”Madrid “Sevilya”nı qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, 7-3 hesabı ilə qələbə qazanan “Real” növbəti 3 xalını əldə edib. Bu oyun Qaret Beyl üçün də uğurlu alınıb. Dünyanın ən bahalı transferi hesab olunan futbolçu vurduğu 2 qolla, son zamanlar haqqında canlanmağa başlayan narazılıqları bir qədər səngidib. Müasir futbolun parlaq ulduzlarından olan Kriştiyano Ronaldo karyerasının ən gözəl performanslarından birini ortaya qoyub və 3 qol vuraraq het-trik edib. Kərim Benzema da komanda yoldaşlarından geri qalmayıb, 2 dəfə “Sevilya” qapıçısını məyus edib. “Sevilya”da öz növbəsində üzərinə şığıyan ulduz hücumunun qarşısını bacardığı qədər almağa çalışıb. İvan Rakitiç dubl, Karlos Bakka isə 1 dəfə fərqlənib. Hərçənd, Rakitiçin het-trik etmək şansı da olub. Hakimin oyun ərzində təyin etdiyi 3-cü penaltini futbolçu qeyri-dəqiq yerinə yetirib. Qonaq komanda futbolçusu Stefan Mbiya 77-ci dəqiqədə qırmızı vərəqə alaraq oyunu tərk edib. Beləliklə, 10 qolun vurulduğu görüşdə sevinən tərəf Madrid təmsilçisi olub.
Bolgexeber.com