Qadın futbolçunun cinsiyyəti bilinmir - VİDEO
9-11-2013, 15:20
Oxunub: 4 497
Futbol dünyasında daha bir qəribə hadisə yaşanır. Fanat.az xəbər verir ki, Cənubi Koreyanın qadınlar liqası startdan əvvəl boykot təhlükəsi ilə üzləşib.
Buna səbəb futbolçu Park Eun-Seondu. Belə ki, rəqib komandanın baş məşqçiləri "Seul Siti"nin forvardının cinsiyyət testindən keçirilməsini istəyir. Əks halda isə çempionatı boykot edəcəklərini açıqlayıblar. Artıq 6 komanda bununla bağlı federasiyaya müraciət edib.
Cənubi Koreya Futbol Federasiyası isə 26 yaşlı Park Eun-Seonun 15 yaşında cinsiyyət testindən keçirildiyini açıqlayıb.
Ötən mövsüm 22 oyunda 19 qol vuran futbolçunun kişi olması barədə şübhələr var. O, özü isə oynamaqdan vaz keçmək istəmədiyini bildirib: "Bu yerə gəlib çıxmaq üçün çox çalışdım. Belə asanlıqla vaz keçmək niyyətində deyiləm".
"Seul Siti" rəhbərliyi isə digər klubların tələblərini eşitmək istəmədiyini asıqlayıb. Klub rəsmiləri yalnız FİFA tələb edəcəyi halda futbolçunu testdən keçirəcəklərini açıqlayıblar.
Qeyd edək ki, bu tip olaylar Cənubi Koreyada ilk dəfə baş vermir. Belə ki, 2010-cu ildə Çinin ev sahibliyi etdiyi qadınlar arasında Asiya çempionatında eyni olaylar yaşanmış və nəticədə Park Eun-Seon milli komandadan kənarlaşdırılmışdı.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə