BolgeXeber.Com » Media » “Azadlıq” qəzetinin çapı dayandırıldı

“Azadlıq” qəzetinin çapı dayandırıldı

12-11-2013, 17:30
Oxunub: 3 740 “Azərbaycan” nəşriyyatı ona olan borcunu ödəyə bilmədiyi üçün “Azadlıq” qəzetinin çapını dayandırıb

Qəzet noyabrın 13-dən etibarən satışda olmayacaq.

Qəzetin çapını nə vaxt bərpa edə biləcəyi məlum deyil.
“Azərbaycan” nəşriyyatı “Azadlıq” qəzetinə 24 min manat borcunu ödəmək üçün noyabrın 12-nə qədər vaxt vermişdi. Vaxt tamam olduğundan qəzetin rəhbərliyi noyabrın 12-də nəşriyyatın rəhbərliyi ilə görüşüb, məlum səbəblərdən maliyyə vəsaitinin olmadığını bildirib və mümkündürsə, əlavə möhlət verilməsini istəyib.

Nəşriyyat rəhbərliyi də özlərinin maliyyə çətinlikləri ilə əlaqədar möhlət verə bilməyəcəklərini deyib və yığılmış borcun (ən azı əhəmiyyətli bir hissəsinin) ödənilməsini tələb edib.

Beləliklə, nəşriyyata olan borcunu ödəyə bilmədiyi üçün qəzetin çapı dayandırılıb.

Yaranmış böhranlı vəziyyətdən çıxmaq üçün “Azadlıq” qəzeti kampaniya başladıb. Kampaniya hazırda davam edir. Qəzet yerli və beynəlxalq ictimaiyyətin dəstəyini almağa davam edəcəyinə ümid bəsləyir.

“Azadlıq” ən tez zamanda yenidən oxucuları ilə görüşə bilmək üçün ondan asılı olan hər şeyi edəcək.
Hələliksə qəzetin çapı dayandırılsa da, onun saytı fəaliyyətini davam etdirir. Məlumat və məqalələrimizlə saytımızda tanış ola bilərsiniz.