Zərdabda 1500-dən çox ailəyə kompensasiya ödənildi - FOTO
28-08-2010, 03:45
Oxunub: 6 516
Kür, Göyçay və Türyançay çaylarının daşması nəticəsində Zərdab rayonunda evləri uçmuş 51 ailə üçün yeni evlərin tikintisinə başlanılıb.
Bu barədə “Bolgexeber” saytına yerli saknlər məlumat veriblər. Qeyd edək ki, təbii fəlakət nəticəsində Zərdab rayonunda ümumilikdə 1500-ə qədər həyəti su basıb, 51 ev uçub, 85 ev qəzalı vəziyyətə düşüb, 1195 ha əkin sahəsi su altında qalıb. 18 sosial obyekt isə qrunt sularından ziyan çəkib.
Bir neçə gün öncə Fövqəladə Hallar Nazirliyinin xətti ilə tərkibi 15 nəfərdən ibarət alt komissiya rayonda olub və dəymiş ziyanı müəyyənləşdirib. Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq rayonda hazırda 51 evi uçmuş ailəyə şəhərin "32 hektar" adlanan ərazisində yeni evlər tikilir, 85 təhlükəli evdə bərpa-gücləndirmə işləri aparılır. 1500-dən çox ailəyə isə evlərinin cari təmiri üçün kompensasiya ödənilib.
Zərdabda daşqınlar nəticəsində 18 sosial obyektə, o cümlədən 8 məscidə ziyan dəyməsi barədə sənədləşmə işləri isə artıq Fövqəladə Hallar Nazirliyində qəbul olunub. Fövqəladə Hallar Nazirliyinin xətti ilə yaranmış alt komissiya hazırda rayonda fəaliyyətini davam etdirir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə