BolgeXeber.Com » Şou-Biznes » Ağcabədi yollarında «yuyulan» 5 milyon manat

Ağcabədi yollarında «yuyulan» 5 milyon manat

18-11-2013, 12:45
Oxunub: 13 991 Ağcabədi rayon icra başçısı Şahin Məmmədovun və 33 saylı Ağcabədi Yol İstismar İdarəsinin müdiri Vidadi Hüsenovun prezident İlham Əliyevin Ağcabədi kəndlərində yaşayan vətəndaşların yol problemini həll etmək məqsədi ilə ayırdığı 5 milyon manat vəsaitin yarısını mənimsədikləri iddia olunur

Ağcabədi rayon icra başçısı Şahin Məmmədovun maliyyə maxinasiyaları ilə bağlı məlumat verilmişdi. Həmin məlumatda qeyd etmişdik ki, icra başçısı 33 saylı Ağcabəddi Yol İstismar İdarəsinin müdiri Vidadi Hüseynovla birləşərək rayon yollarının təmiri üçün ayrılan külli miqdarda vəsaitləri mənimsəyir.

Söhbət Ağcabədi kəndlərinin yollarının təmiri üçün ayrılmış 5 milyon manat vəsaitdən gedir. Belə ki, Ağcabədi rayon Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili kəndlərini birləşdirən ümumi sahəsi 41 km olan və 17 yaşayış məntəqəsini əhatə edən yolun ilkin mərhələdə 19 km hisəsinin təmir edilməsi üçün dövlət başçısı tərəfindən 5 milyon manat vəsait ayrılıb. Həmin yolun təmiri üçün keçirilən tender isə icra başçısı Şahin Məmmədovun göstərişi ilə 33 saylı Ağcabədi Yol İstismar İdarəsinə verilib.

Mənbə bildirir ki, 33 saylı Yol İstismar İdarəsinin əsaslı təmir etdiyi 19 kilometrlik yolda çox ciddi maliyyə maxinasiyaları həyata keçirilib. Belə ki, hər bir kilometr yolun dəyərini 263 min manat sənədləşdirən 33 saylı Ağcabədi Yol İstismar İdarəsinin müdiri Vidadi Hüseynov və keçmiş bankir Şahin Məmmədov ayrılan 5 milyon manat vəsaitin yarsından çoxunu mənimsədikləri iddia olunur.

Adı çəkilən yolun çəkilməsində iştirakçı olan mənbə bildirir ki, bir ton asfaltın qiyməti 45 manatdır və 1 kilometr yola ən yaxşı halda 800 ton asvalt istifadə olunur, o zaman 1 kilometr yolun asvalt qiymati 36 min manat edir. Bundan başqa daşınma, tikintidə istifadə olunan texnika və işləyən işçilərə xərclənən vəsaitləridə hesablasaq 100 min manat məbləği keçmir.

Mənbə qeyd edir ki, adı çəkilən yolun lahiyyə-smetasında mövcud asfaltın dağıdılması və bünövrəsinin bərpası, torpaqla enləndirilərək qaldırılması və cınqılla 30 sm, 15-20 sm doğranmış şebenlə qaldırılması təsdiq olunub. Ancaq icra başçısı Şahin Məmmədovla Vidadi Hüseynov cütlüyü lahiyyə-smetada göstərilən cinqılla, şebenlə qaldırılma proseini sadəcə sənədlərdə qeyd ediblər və 19 km lik yola ayrılan min tonlarla çınqıl, şebenin pullarını həmçinin daşınma xərclərini mənimsəyiblər.

Mənbə bildirir ki, tikilən yola asfalt birbaşa köhnə yolun üstündən qoyulub və yolun sənədləşdirilməsində göstərilir ki, yola 2 qat asfalt örtüyü döşənilib. Faktiki olaraq isə bir qara asfalt örtüyü qoyulub və qalınlığıda 6 sm təşkil edir. Mənbənin iddasına əsasən Şahin Məmmədov Vidadi Hüseynov cütlüyünün tikdiyi yol artıq dağılır və dövlət başçısı İlham Əliyevin Ağcabədi rayonuna səfərindən 10 gün qabaq həmin yolun dağılmış hissəslərni "yamayıblar".

Bildirilir ki, prezidentin Ağcabədi kəndlərində yaşayan vətəndaşların yol problemini həll etmək məqsədi ilə ayırdığı 5 milyon manat vəsaitin 2,5 milyon manatı maliyyə maxinasiayaları üzrə mütəxəsis olan keçmiş bankir Şahin Məmmədov tərəfindən çox ustalıqla mənimsənilib.

Qeyd edək ki, dövlət başçısının Ağcabədi səfəri zamanı icra başçısı Şahin Məmmədov Prezidentə adı çəkilən yolun yüksək keyfiyyətlə təmir olunduğunu məruzə edib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
pia.az