BolgeXeber.Com » Media » Keçmiş millət vəkili Nazim Məmmədovun “nisyə dəftəri” də olacaq...

Keçmiş millət vəkili Nazim Məmmədovun “nisyə dəftəri” də olacaq...

21-11-2013, 16:00
Oxunub: 4 489 Bir neçə gün öncə mətbuatın dostlarından biri hesab olunan iqtisadçı ekspert, keçmiş millət vəkili Nazim Məmmədovun öz facebook səhifəsində paylaşdığı bir çox media mənsubunun kefinə soğan doğrayan “qara xəbər” cəmiyyətdə birmənalı qarşılanmadı. Xatırladaq ki, deyəsən, artıq xeyli müddətdir ki, işsiz olan keçmiş depuat mətbuata qonorar qarşılığında açıqlama verəcəyini bildimişdi.
Moderator.az saytı iqtisadçı alimə müraciət edərək təklif olunan qiymətlərlə maraqlanıb ki, bəlkə ara-sıra qəpik-quruş tapanda ona üz tutulsun. Görəsən ödəniş hansı valyuta ilə olacaq, nəğd, yoxsa hesaba köçümə yolu ilə? Yaxud hörmətli dostumuzun nisyə dəftəri olacaqmı?
Saytımıza xüsusi hörmət əlaməti olduğunu Nazim müəllim elə ilk müraciətimizdəncə büruzə verdi. Onun Moderator.az-a eksklüziv və qonorarsız açıqlaması: “Ödənişlər ancaq köçürmə yolu ilə olmalı, vergilərdən yayınmamaq şərti ilə, əsas müqavilənin imzalanmasıdır. Orada da ödəmə şərtləri müzakirə olunacaq, əgər sifarişçinin maddi durumu pisdirsə, ödəməni ertələmək mümkündür, vəziyyətləri düzələr, borclarını ödəyərlər, nece ki, nəşriyyatlar əvvelcə xidmət göstərirlər sonra da pullarını alırlar. Gələcəkdə borcların "silinməsi" də ola bilər, ancaq 100 minlərlə manat dövlət büdcəsindən də dəstək alan qəzetlər həm də kommersiya fəailiyyəti ilə məşğuldurlarsa, reklamları ödənişli həyata keçirirlərsə, sosial reklam təşkil etmirlərsə, maarifləndirici proqramlarla gündəmə təsir göstərmirlərsə, mən niyə vaxtımı və biliyimi onlara sərf etməliyəm?”
Bolgexeber.com
Qafqaznews.az