“Facebook” videoçat xidmətini istifadəyə verdi
7-07-2011, 10:25
Oxunub: 5 916
Sosial şəbəkənin istifadəçiləri “Skype” vasitəsilə videoçat rejimində əlaqə saxlaya biləcəklər.
Bolgexeber.com xəbər verir ki, “Facebook” sosial şəbəkəsinin istifadəçiləri “Skype” vasitəsilə videoçat rejimində əlaqə saxlaya biləcəklər. Bunu “Facebook”un yaradıcısı Mark Zukerberq bildirib. Onun sözlərinə görə, “Facebook” və populyar internet-telefoniya xidməti “Skype” yeni əlavəni istifadəyə veriblər. Bu xidmət istifadəçilərə birbaşa profil səhifələrində videoçat rejimində əlaqə yaratmaq imkanı verib.
Bu sövdələşmə “Skype” üçün ilk növbədə daha geniş auditoriyaya çıxış deməkdir. Çünki “Facebook” istifadəçilərinin sayı 750 milyon nəfər təşkil edir. Analitiklər hesab edirlər ki, gələcəklə “Facebook” “Google”nin yeni sosial şəbəkə xidməti ilə rəqabət aparmalı olacaq. “Facebook”un yeni rəqibi fəaliyyətə başlayan gündən öz istifadəçilərinə videokonrans xidmətini təqdim edib.
Bundan başqa, “Facebook” qrup mətn çatını da təqdim edib. Bu çat sosial şəbəkənin istifadəsilərinə bimr neçə dostla eyni vaxtda ünsiyyət qurmaq imkanı verəcək. Anadoji xidməti “Google+” sosial şəbəkəsi hələ ötən həftə yaradıb.
“Facebook”da qrup söhbətinə dəvət edilən istifadəç kompyuterdən uzaqdadırsa, sonradan çatın tarixçəsini oxuya da biləcək. Mark Zukerberq bildirib ki, “Facebook”un çatının dizaynında cüzi dəyişiklik edilib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər