BolgeXeber.Com » Şou-Biznes » Polad Alemdarın xarizması yerlə yeksan oldu

Polad Alemdarın xarizması yerlə yeksan oldu

8-07-2011, 10:40
Oxunub: 5 418 Alemdar top saqqalı, günəş şlyapası və cinsi şalvarı ilə pərəstişkarlarını təəccübləndirdi.

Bolgexeber.com ANS PRESS-ə istinadən bildirir ki, “Kurtlar Vadisi Pusu” serialının xarizmatik siması Polad Alemdar obrazını canlandıran Necati Şaşmazın yeni imici görənləri təəccübləndirir. Bir həftədir Muğla vilayətinin Bodrum rayonunda istirahət edən və jurnalistlərdən qaçan Şaşmaz nəhayət paparassilərin obyektivinə yaxalandı. Filmlərdə kostyum geyinən və yeri gəldiyində bir qaş hərəkəti ilə adamlarına göstərişlər verən Polad Alemdar top saqqalı, günəş şlyapası və cinsi (jean) şalvarı ilə pərəstişkarlarını təəccübləndirdi.