BolgeXeber.Com » Media » Jurnalistlərin binasının tikintisi təxirə salındı

Jurnalistlərin binasının tikintisi təxirə salındı

20-07-2011, 12:20
Oxunub: 4 230 Jurnalistlər üçün nəzərdə tutulan binanın təməlqoyma mərasimi təxirə salınıb.

Bolgexeber.com-un məlumatına görə bu barədə KİVDF-nin rəhbəri Vüqar Səfərli məlumat verib. O bildirib Kim, artıq binanın bünövrəsi qazılıb və tikintiyə başlamaq üçün tam hazırdır. Sadəcə o bəzi texniki məsələlərin, xüsusilə də sənədləşmə işinin tam həll olunmadığını qeyd edib. V. Səfərli təməlqoyma mərasiminin avqust ayına planlaşdırıldığını vurğulayıb.

V. Səfərli onu da bildirib ki, tikiləcək bina 18 mərtəbəli, 2 bloklu, 154 mənzilli olacaq. Binanın zirzəmisində 2 mərtəbəli qaraj olacaq. 1-ci mərtəbə isə qeyri yaşayış sahəsi kimi nəzərdə tutulub və bu mərtəbədə mətbuat klubunun fəaliyyəti də planlaşdırılıb.

Qeyd edək ki, İyulun 22-də Milli Mətbuat Günündə binanın təməlqoyma mərasiminin tikilməsi nəzərdə tutulmuşdu.