Məleykə Abbaszadə özəl ali məktəbləri hədəfə götürdü
22-07-2011, 17:30
Oxunub: 5 715
“Özəl universitetlər tələbələrin sayını güdür”
“Azərbaycandakı özəl universitetlər tələbələrin sayını güdür. Onlar aşağı bal toplamış abituriyentləri universitetlərinə qəbul etməkdə maraqlıdırlar”. Bolgexeber.com-un məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, TQDK keçid balını aşağı endirsə də, bu balla ancaq özəl universitetlərə qəbul həyata keçirilir. Aşağı bal toplayan abituriyenti yalnız özəl universitetlər qəbul edirlər.
Bu gün həmçinin Azərbaycanda ali məktəblərin II ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir. Saat 11.00-da başlayan imtahan 3 saat davam edəcək. M. Abbaszadə bildirib ki, imtahan respublikanın 4 şəhərində - Bakıda 35, Naxçıvanda 2, Gəncədə 6, Şəkidə 4 binada keçirilir: “Orta ümumtəhsil müəssisələrindən 1970 nəzarətçi müəllimin iştirak etdiyi imtahana 193 imtahan rəhbəri cəlb olunub. Bu il II qrup üzrə 26397 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 23 524 nəfəri Azərbaycan bölməsinin, 2873 nəfəri rus bölməsinin məzunudur.
Abituriyentlərin 17109 nəfərini oğlanlar, 9288 nəfərini qızlar təşkil edir”.
TQDK sədrinin sözlərinə görə, 16 651 nəfər orta ümumtəhsil məktəblərinin builki, 8882 nəfər əvvəlki illərin, 766 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 119 abituriyent xarici ölkələrin vətəndaşıdır, 98 abituriyent ali təhsilli və II ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. Ən yaşlı abituriyent 1958-ci il, ən gənci isə 1996-cı il təvəllüdlüdür. Bakı şəhərində 20 138, Naxçıvan 1062, Gəncədə 3464, Şəkidə isə 1728 abituriyent imtahan verir.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər