BolgeXeber.Com » Media » “Mərkəz” yenidən formalaşdırıldı

“Mərkəz” yenidən formalaşdırıldı

25-07-2011, 19:35
Oxunub: 4 067
Deputat Gülər Əhmədova kollektivin yeni tərkibdə genişləndirilmiş toplantısını keçirib

Gözlənildiyi kimi 25 İyul tarixində “Mərkəz” qəzetin redaksiyasında “Mərkəz” İnformasiya Agentliyi, “Mərkəz” qəzeti və “Mərkəz TV”-nin əməkdaşlarının birgə böyük toplantısı keçirilmişdir. Tədbirdə “Mərkəz”in hazırkı əməkdaşları ilə yanaşı, yenicə işə başlayan gənc jurnalistlər, Bakı Slavyan Universitetinin “Jurnalistika” fakültəsinin təcrübə keçən tələbələri də iştirak etmişlər.

“Mərkəz” qəzetinin təsisçisi, millət vəkili Gülər Əhmədova ilk növbədə “Mərkəz”ə yenicə gəlmiş gənc jurnalistləri salamlamış, onlara gələcək fəaliyyətində uğurlar arzulamış və qəzetin perspektivlərindən söhbət açmışdır. Görüşdə iştirak edən gənc jurnalistlər – Günel Əbilova, Nərgiz Ehlamqızı, Nigar Etibar, Mirvari Nəcəf, Səidə Teyyubqızı, Yusif Ağayev, Şəhriyar Həsənov, Ceyhun Cəfərli və digər gənc jurnalistlər “Mərkəz”də fəaliyyət göstərmək istədikləri sahələr barədə danışmış, qəzetin formatının daha da mükəmməlləşdirilməsi istiqamətində hansı işlərin görülməsi haqqında öz təklif və arzularını bildirmişlər. Qəzetdə ciddi şəkildə iş bölgüsü aparılmış, hər bir sahə üzrə məsul jurnalistlər təhkim edilmişdir.