BolgeXeber.Com » Siyasət » Məmurlara xəbərdarliq edilib

Məmurlara xəbərdarliq edilib

28-07-2011, 12:15
Oxunub: 5 276
«Kimdən daha çox yazilsa, postu ilə vidalaşmali olacaq»

Redaksiyamıza hakimiyyət içində höki sürən ab-hava ilə bağlı ilginc bir məlumat daxil olub. Mötəbər mənbələrdən sızan informasiyalardan bəlli olur ki, hakimiyyətin üst düzəyindən son günlər ayrı-ayrı məmurlar barəsində mətbuata daha çox informasiyaların sızması səbəbindən xəbərdarlıq edilib.

Xəbərdarlığın isə barəsində daha çox yazılanlara, bir-birilə konfliktdə olanlara ünvanlandığı söylənilir. Məlumatlı mənbə bildirir ki, artıq iki yüksək ranqlı məmur bu tipli təlimat alıb və onlara mətbuatla işlərini çözməyi, aralarındakı nifaqa son verməyi tapşırıblar.

Mənbəyə görə, son zamanlar bəzi məmurlar yaranmış situasiyadan istifadə edərək öz rəqiblərinin əleyhinə kampramat xarakterli məlumatları mətbuata ötürürlər. Bu isə hakimiyyətin ümumi maraqlarına ziddir: «Hər halda, iki döyüşən məmur nəhayətdə çox ciddi faktları açıqlayır. Ki, nəticədə hakim komanda ümumi olaraq hədəfə çevrilir».

Mənbə onu da bildirdi ki, hansı məmurdan daha çox yazılarsa, onun da kitabı bağlanmış hesab olunacaq: "Məmurlara çatdırılıb ki, əvvəlindən mətbuatla münasibətlərini qaydasında tutsunlar"./pia.az/