BolgeXeber.Com » Siyasət » Yeni Azərbaycan Partiyasına vətəndaşların qəbulu dayandırılıb.

Yeni Azərbaycan Partiyasına vətəndaşların qəbulu dayandırılıb.

28-07-2011, 20:50
Oxunub: 4 985
YAP-ın Xaçmaz Rayon Şöbəsinin sədri həm də AMİP-çi imiş?!

Quba-Qusar-Şabran-Xaçmaz rayonları üzrə Təbiəti Mühafizə Cəmiyyətinin sədri, 4 dəfə millət vəkilliyinə namizəd Nizami Şəfiyev Bolgexeber.com-a verdiyi müsahibəsində uzun illərdir ki,YAP-n Xaçmaz Şöbəsinə üzv olmaqdan ötrü çox sayda müraciətlərinin cavabsız qalmasından şikayətlənib.Onun bildirdiyinə görə,özü rəsmən Milli İstiqlal Partiyasının üzvü ola-ola ,YAP-a rəhbərlik edən Nazim Ağayev onun müraciətlərinə məhəl qoymur. “Mən Nazim Ağayevdən fərqli olaraq bu vətəni “CİP”-siz, villasız,var-dövlətsiz də sevən adamam.Mənim bircə istəyim ölkə prezidenti İlham Əliyevin rəhbərlik etdiyi partiyanın üzvü olmaqdır.Nazim Ağayev isə heç bir əsas olmadan məni üzvyüyə qəbul etmir,bəhanə edir ki,partiya sıralarına qəbul dayandırılıb.Başa düşə bilmirəm,bu necə ola bilər axı?! ” deyən Nizami Şəfiyev Nazim Ağayevin bir müddət əvvəl AMİP sıralarındakı siyasi fəaliyyətinin rəsmən davam etdiyini söyləyib. “Bir vətəndaş eyni zamanda iki partiyanın üzvü necə ola bilər axı?!Heç bunu heç kəs araşdırmır,ancaq Nazim Ağayev partiyaya gəlmək istəyən vətəndaşları bir bəhanə ilə kənarlaşdırır.Maraqlıdır bu ona üzvü olduğu digər partiyanın göstərişi və ya tapşırığı deyil ki?! Hər hansı bir vətəndaşın partiyaya üzv olması üçün elə də ciddi bir maneə olmalı deyil axı?!”

Məsələyə münasibət bildirmək üçün Yeni Azərbaycan Partiyasının Xaçmaz Rayon Şöbəsinin sədri Nazim Ağayevlə əlaqə qurduq. Nazim Ağayev heç bizi dinləmədən,məsələnin nədən ibarət olduğunu soruşmadan “o,şərəfsizin biridir” deyə telefonu söndürdü.