BolgeXeber.Com » Media » “Ölkə” qəzet fəaliyyətini dayandırdı

“Ölkə” qəzet fəaliyyətini dayandırdı

29-07-2011, 17:55
Oxunub: 4 220
İyulun 31-i qəzetinin sonuncu sayı işıq üzü görəcək.

Bolgexeber.comun məlumatına görə, qəzetin təsisçisi, Klassik Xalq Cəbhəsi Partiyası sədrinin təşkilati məsələlər üzrə müavini Xəzər Teyyublu açıqlamasında bildirib ki, buna səbəb qəzetin fəaliyyətinin bu tarixdən etibarən dayandırılmasıdır. Bu barədə Olke.info saytına açıqlama verən X. Teyyublu qəzetin bağlanmasının səbəbinin maliyyə çatışmazlığı olduğunu deyib: “Ölkə” qəzeti bu günə qədər kənar maliyyə dəstəyi almadan işıq üzü görüb. Yalnız məhdud daxili imkanlarımız hesabına bu qəzeti ayaqda saxlaya bilmişik. Amma fakt odur ki, hansısa dairələrə bağlılığı olmayan bir qəzeti əlavə maliyyə dəstəyi olmadan, yalnız daxili imkanlar hesabına uzun müddət yaşatmaq olmur. Hələlik biz də bura qədər gələ bildik”.

Qəzetin fəaliyyətinin nə vaxt bərpa olunacağı isə məlum deyil: “ Bu barədə hələlik konkret heç nə deyə bilmərəm. Amma ümid edirik ki, problemlər aradan qalxacaq və “Ölkə” qəzeti yenidən oxucuların görüşünə gələcək”.