BolgeXeber.Com » Sosial » Azərbaycanda pensiyalar artdı

Azərbaycanda pensiyalar artdı

1-09-2010, 11:55
Oxunub: 6 209 Əmək pensiyasının baza hissəsinin məbləği 85 manat müəyyən edilib

Prezident İlham Əliyev əmək pensiyalarının baza hissəsinin artırılması ilə bağlı sərəncam imzalayıb. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilib. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna qanunvericiliklə müəyyən olunmuş müvafiq hallarda Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin artırılaraq yenidən hesablanmasını təmin etmək tapşırılıb.

Nazirlər Kabinetinə isə müvafiq sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə olunub.