BolgeXeber.Com » Media » ANS-in əməkdaşına bir il iş verildi - Hökm

ANS-in əməkdaşına bir il iş verildi - Hökm

1-08-2011, 22:35
Oxunub: 5 144 ANS Tele Şirkətinin əməkdaşı Elşad Məmmədova hökm oxunub.

Bu barədə Bolgexeber.com-a Nəsimi rayon Məhkəməsindən məlumat daxil olub. Məlumata görə, ANS-in operatoru Elşad Məmmədov bir il müddətində şərti olaraq azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E. Məmmədov Cinayət Məcəlləsinin 132-ci maddəsi (fiziki güc tətbiq etmə) ilə ittiham edilib. Belə ki, ANS-in operatoru təxminən bir ay əvvəl öz iş yoldaşı, “İç xəbər” proqramının xanım əməkdaşı E. M-nı döyüb. Hadisə Neftçilər metrosunun yaxınlığında baş verib. Həmin vaxt 24-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gələrək operatoru saxlayıblar.