BolgeXeber.Com » Dünya » Qəzzafinin bir oğlu da öldürüldü

Qəzzafinin bir oğlu da öldürüldü

5-08-2011, 16:05
Oxunub: 5 366 Liviya lideri Müəmmər Qəzzafinin daha bir oğlu NATO aviazərbələri nəticəsində ölüb.

Bu barədə Qətərin "Aljazeera" telekanalı xəbər verir. Liviya üsyançılarına istinadən verilən məlumata görə, Qəddafinin ən kiçik oğlu, 28 yaşlı Xamis Qəzzafi və daha 32 nəfər Zlitan şəhərində avia-zərbələrin qurbanı olub.


Xamis Qəzzafi Liviya ordusunda islahatlar aparmaq tərəfdarı kimi tanınırdı və son vaxtlar qoşunlardan birinə rəhbərlik edirdi.

Xatırladaq ki, mayın 1-də Müəmmər Qəzzafinin oğullarından biri Seyf-əl-Ərəb və Qəzzafinin 3 nəvəsi aviazərbələr nəticəsində ölmüşdü (anspress).