“Bu Mirşahinin əclaflığını göstərir”
10-08-2011, 17:30
Oxunub: 5 366
“Mirşahin Ağayev şərəfsizcəsinə məni şərləməklə özünə hökumətdən divident qazanmağa çalışıb”.
Bunu SalamNews-a açıqlamasında "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev bildirib. O deyib ki, Mirşahin Ağayev zamanında istedadlı jurnalist olmasına baxmayaraq, çox təəssüf ki, gücünü çox pis işlərə və bəd əməllərə sərf edir: “Mən hər zaman Mirşahin Ağayevin istedadlı jurnalist olmasını söyləmişəm. Amma çox təəssüf ki, o, bu istedadını jurnalistika fəaliyyətinə yad olan əməllərə sərf edir. Mən həbsdə olarkən mənim haqqımda hazırladığı film tamamilə yalan və iftira üzərində qurulub. Mirşahin Ağayev bu filmlə hökumət rəsmiləri yanında özünə divident qazanmağa çalışıb”.
Eynulla Fətullayev haqq-ədalətin gec-tez yerini tapdığını söyləyib: “Sovet vaxtında həbsdə olan insanlara qarşı materiallar hazırlayaraq “Pravda” qəzetində yayımlayırdılar. Mirşahin Ağayev də belə missiyanın icraçısıdır. Həbsdə olan günahsız insan haqqında həqiqətə uyğun olmayan nalayiq fikirlər söyləməsi onun əclaflığını göstərir. Bununla Mirşahin Ağayev dövlətdən divident qazanmaq istəyirdi, amma vəzifəsini itirdi. Televiziya rəhbərlərindən biri olan Mirşahin Ağayevin vəzifəsinə adi işçi gətirilib. Ona görə də heç vaxt insanın vicdanına qarşı və Allahın qoyduğu qanunlara qarşı gedilməməlidir”.
Xatırladaq ki, ötən ilin avqustunda tanınmış teleaparıcı Mirşahin Ağayevin müəllifliyi ilə o vaxt həbsdə olan jurnalist Eynulla Fətullayevdən bəhs edən “Bədbəxt adam” filmi çəkilib. Filmdə E.Fətullayev çox ciddi tənqid olunub.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə